Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhü dəstəkləyir və fəal iştiraka hazırdır.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos "X"də yazıb.
"Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə səmərəli və açıq fikir mübadiləsi apardıq.
Bağlantı məsələsinə xüsusi diqqət ayırmaqla münasibətlərimizi müzakirə etdik. Həmçinin, Vaşinqtonda paraflanmış sülh sazişi münasibətilə Prezidenti təbrik etdim. Aİ regionda davamlı sülhü dəstəkləyir və fəal iştiraka hazırdır",- deyə o, əlavə edib.
Bizim.Media