İranın Sib və Soran şəhərləri yaxınlığındakı Xaş-Zahedan magistralında terror aktı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Mehr" agentliyi yayıb.
Məlumata görə, silahlı şəxslər polis maşınına atəş açıblar. Nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Hücuma görə məsuliyyət daşıyanların müəyyən edilərək mühakimə olunması istiqamətində əməliyyatlar davam edir.
Bizim.Media