Pezeşkianın özü və ailəsi haqda YENİ BİLGİLƏR - Atası da, anası da türkdür

Məsud Pezeşkian 2024-cü ilin iyulunda keçirilən prezident seçkilərində sürpriz namizəd sayılırdı. Seçkilərə buraxılan digər 5 namizəd daha çox mühafizəkar qanadı təmsil edən şəxslər olduğu halda, o, islahatçı cinaha yaxınlığı ilə diqqət çəkmişdi. Bu səbəbdən də bəzi ekspertlər Pezeşkianın gözardı edilməsilə razılaşmırdılar. Üstəlik Məsud Pezeşkianın milliyətcə fars olmaması da onun digər millətlərdən olan seçicilərdən böyük səs ala biləcəyi qənaətini gücləndirirdi. Və... gözləntilər özünü doğrultdu. O, seçkilərin ikinci turunda rəqibi Səid Cəliliyə qalib gələrək İranın 9-cu prezidenti seçildi.

Məsud Pezeşkian prezident seçkilərində ilk dəfə idi ki, namizəd kimi iştirak edirdi. Keçmiş səhiyyə naziri o zamana qədər təcrübəli deputat kimi də tanınmışdı.

O, İrandakı sərt rejim siyasətinə - xüsusilə hicab məcburiyyətinə, etirazların zorakılıqla yatırılmasına tənqidi yanaşan şəxslərdəndir. Pezeşkian “yumşaq siyasi dialoq”un tərəfdarı kimi də tanınır. Xarici siyasətdə, nüvə proqramı məsələsində Qərblə anlaşma yolu tutmaq istəyi göstərib.
 

Amma İran kimi teokratik sistemdə prezidentin səlahiyyətləri və imkanları məhduddur, ölkədə əsas söz sahibi Ali Rəhbər Seyid Əli Xamenei və ona bağlı olan İnqilab Keşikçiləri Korpusudur (SEPAH). Pezeşkian da bu məhdudiyyətləri nəzərə almağa məcburdur.


Məsud Pezeşkian həm reformist potensiala malik, həm də mərkəzi hökumətin sərt siyasətindən fərqlənməyə çalışan lider kimi görünür. Müşahidələrə görə, onun siyasətində əsas yeri insan hüquqlarının qorunmasına çalışmaq, gənclərin və qadınların vəziyyətini yaxşılaşdırmaq, etnik azlıqlara qarşı münasibətdə daha açıq dialoq, beynəlxalq aləmlə danışıqlara getmək, sanksiyaların yüngülləşdirilməsinə cəhd, iqtisadiyatı canlandırmaq arzusu tutur.

Amma bu arzuların reallaşması çox şeydən asılıdır: rejimin əsas sütunu olan Ali Rəhbərdən, mühafizəkarların təmsil olunduğu SEPAH təşkilatından, beynəlxalq vəziyyətdən, ölkədaxili sabitlikdən və təbii ki, iqtisadi imkanlardan.

Məsud Pezeşkianın həyatı enişli-yoxuşlu olub: onun uşaqlağı çətin dövrə təqadüf edib, gəncliyində həm təhsil alıb, həm də müharibədə iştirak edib - cəbhədə olub.

İran prezidentinin valideynləri barədə müxtəlif fərziyyə və fərqli məlumatlar mövcuddur.

Bizim.Media modern.az saytına istinadən "Liderlərin valideynləri" rubrikasında bu dəfə Məsud Pezeşkianın ata-anasından bəhs edir.

İran KİV-lərinin çoxunda onun valideynləri barədə açıq məlumatlara çox az rast gəlinir, onların ad-soyadını, nə vaxt doğulduqları və vəfat etdiklərini çoxları heç bilmir.

Önümüzdəki günlərdə - sentyabrın sonunda Məsud Pezeşkianın 71 yaşı tamam olacaq. O, 1954-cü il sentyabrın 29-da İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Milliyətcə etnik azərbaycanlıdır.
 

Məsud Pezeşkianın atası Məhəmməd Əli 1929-ci ildə Urmiyada doğulub. Prezidentin atasının həyatı və şəxsi xüsusiyyətləri ilə bağlı çox detallı faktlar yoxdur. Məlum olan əsas fakt budur ki, Məhəmməd Əlinin soy-kökü Azərbaycan türklərinə məxsusdur. O, əczaçılıqla məşğul olub. Məhəmməd Əlinin 1978-ci ildə vəfat etdiyi bilinir.


Prezidentin anası Məhbubə Sudbaxş 1930-ci ildə Urmiyada dünyaya gəlib. Onun evdar qadın olduğu bildirilir. Bəzi mənbələr Məhbubə xanımın milliyətçə kürd oluğunu iddia edir. İranın Qərbi Azərbaycan bölgəsində etnik və mədəni müxtəlifliyin, həm kürd, həm türk toplumlarının mövcudluğu Pezeşkianın valideynlərinin mənşəyi haqqında fərqli təsəvvürlərə səbəb olub.

Lakin Məsud Pezeşkian bir neçə müsahibəsində “Atam da türkdür, anam da və mən türk olduğum üçün fəxr edirəm!” deyib. Onun bu açıqlamasının videogörüntüləri internet resurslarında da yayılıb.

Məsud Pezeşkianın özünü rəsmi saytındakı məlumata görə, onun ata-anası qohum olublar. Əczaçılıq edən Məhəmməd Əli evləndikdən sonra onun işi Mahabad şəhərindəki xəstəxananın aptekinə köçürülüb və buna görə də ailəsini də özü ilə ora aparıb.

Məhəmməd Əli və Məhbubə Sudbaxş cütlüyünün ilk övladı Qüdrət doğulandan altı ay sonra ölüb. Ondan sonra ailədə daha 6 uşaq dünyaya gəlib: Mahmud, Sürəyya, Huriyə, Məsud, Yusif və Ziba.

Prezidentin anası Məhbubə xanım 1988-ci ildə vəfat edib.

Məsud Pezeşkian 1961-1969-cu illəri Mahabadda ibtidai məktəb və üç il orta məktəb oxumaqla keçirib, ardınca daha üç il təhsil almaq üçün Urmiyaya köçüb. 1969-1973-cü illərdə Urmiya Kənd Təsərrüfatı Texnikumunda oxuyan Məsud qida sənayesi üzrə diplom alıb.

Məsud Pezekian ilk diplomunu aldıqdan sonra orduya qatılaraq Zabolda hərbi xidmət keçib (1973-1975). Məhz həmin vaxt o, tibb sahəsilə maraqlanıb. Hərbi xidməti başa vurandan sonra - 1976-cı ildə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirib.
 

Onun tələbəlik illəri İmam Xomeyninin başçılıq etdiyi inqilabi fəaliyyətlə müşayiət olunub. 1978-ci ildə Təbrizdə şah rejimi əleyhinə keçirilən yürüşün təşkilində fəal rol oynayıb.


Məsudun kiçik qardaşı Yusif onu inqilabi fəaliyyətlərdə müşayiət edib. Yusif 1979-cu il yürüşlərindən birində güllələnərək şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbağça” “Konyaspor”u darmadağın etdi

“Fənərbağça” “Konyaspor”u darmadağın etdi

"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

"Dərmanlarla vitaminləri qarışdırıb atmaq olmaz, yoxsa..."

Mask buna görə dünyada İLK İNSAN oldu

Mask buna görə dünyada İLK İNSAN oldu

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Milan” bu futbolçu ilə müqaviləni UZATDI

“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır” - Tramp

“Ukraynada nizamlanma indiyədək heç vaxt olmadığı qədər yaxındır” - Tramp

Vəfa Şərifova: “Moskvadan ev almışam” - VİDEO

Vəfa Şərifova: “Moskvadan ev almışam” - VİDEO

Lavrov: "Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub" - VİDEO

Lavrov: "Avropa tarix boyu dəfələrlə böhranların və bəlaların mənbəyi olub" - VİDEO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

End of content

No more pages to load

RADİO