Fransa parlamenti Baş nazir Fransua Bayruya etimadsızlıq səsverməsi keçirib.
Bizim.Media xəbər verir ki, parlamentin sədri bildirib ki, o, prezidentə yaxın günlərdə istefa ərizəsini təqdim etməlidir.
Etimadsızlığın lehinə 364 səs, hökumət başçısının dəstəyi üçün isə 194 səs verilib. Ümumilikdə səsvermədə 573 deputat iştirak edib.
Məhz onun təşəbbüsü ilə keçirilən bu səsvermədən əvvəl Bayru çıxış edərək büdcənin xroniki kəsirini azaltmaq məqsədilə həyata keçirilən sərt qənaət tədbirlərini müdafiə edib. Onun sözlərinə görə, bütün bunları prezidentin razılığı ilə edib.
Bizim.Media