Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, buna səbəb Rusiya helikopterinin Estoniya hava məkanını pozması olub. Vəkilə sentyabrın 7-də Estoniyanın hava məkanının pozulması ilə bağlı rəsmi nota təqdim edilib.
Qeyd edilib ki, Rusiya helikopteri ölkənin hava məkanına daxil olub və orada dörd dəqiqə qalıb.
Bizim.Media