Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdə polis bölməsinə edilən silahlı hücuma münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Ərdoğan hadisənin baş vermə səbəblərinin, eyni zamanda, hücumu törədən şəxsin əlaqələrinin araşdırıldığını deyib.
MÖVZU İLƏ BAĞLI:
İzmirdə 16 yaşlı şəxs tüfənglə polisləri güllələdi – 2 ölü, 1 yaralı var - VİDEO
O, şəhid olan polislərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, bu gün İzmirdə polis bölməsinə silahlı hücum olub, 2 polis ölüb, 6 yaralı var. (Axar.az)
Bizim.Media