Alimlər açıqladı: Yer əvvəlki sürətlə fırlanmır

Yer kürəsinin daxili nüvəsinin fırlanma sürətinin son aylarda azaldığı müşahidə edilir. ABŞ-ın Cənubi Kaliforniya Universitetinin Geologiya İnstitutunun 2024-cü və 2025-ci illər ərzində apardığı tədqiqatlara əsasən, daxili nüvə 2008-ci ildən etibarən əvvəllər olduğu kimi sürətlə fırlanmır və mantiyaya nisbətən iki-üç dəfə yavaşlayaraq istiqamətini şərqə doğru dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Geo” jurnalında dərc olunmuş məqalədə bildirilib.

Daxili nüvə planetimizin maye nüvəsinin hərəkətini təşkil edir. 

Əsasən dəmirdən ibarət maye nüvə elektrik cərəyanları vasitəsilə Yer kürəsinin maqnit sahəsini əmələ gətirir. Bu maqnit sahəsi isə, öz növbəsində, günlərin uzunluğu, peyk naviqasiyası və quşların miqrasiya marşrutları üçün vacib göstərici kimi çıxış edir.

Almaniyanın Bayreut Universitetinin geofiziki Gerd Ştaynle-Noyman qeyd edib ki, daxili nüvə cazibə qüvvəsi ilə Yer kürəsinə bağlıdır və tam dayana bilməz. O, izah edib ki, nüvənin fırlanması, onun maye nüvəyə təsiri ilə birlikdə uzun dövrlər ərzində kiçik dəyişikliklərə səbəb olur və bu dəyişikliklər minimal dalğalanmalarla günlərin uzunluğunda özünü göstərir.

Alimlərin araşdırması seysmik dalğalar əsasında aparılıb. 

ABŞ-dakı tədqiqatçılar, o cümlədən geoloq Vey Vanq bir neçə zəlzələ zamanı yaranan dalğaların daxili və maye nüvədən keçməsini ölçərək nüvənin fırlanma sürətindəki dəyişiklikləri müəyyən ediblər. Qeyd olunub ki, daxili nüvə uzun illər ərzində sürətlə irəliləyib, sonra geri fırlanaraq təbii dövrlər əmələ gətirib. Bu dövrlər təxminən 20-70 il davam edir və hələ tam olaraq anlaşılmayıb.

Həmçinin vurğulanıb ki, daxili nüvənin elastik, viskoz xüsusiyyətləri onun fırlanmasının dəyişkənliyini izah edir. Qısa müddətli perspektivdə nüvə bərk cisim kimi hərəkət edir, uzun müddətdə isə elastik kütlə kimi davranır. Bu isə fırlanma ritmlərinin uzun dövrlər ərzində dəyişməsinə səbəb olur. Nəticə etibarilə, daxili nüvənin yavaşlaması planetin maqnit sahəsi və gündəlik həyat üçün əhəmiyyətli dəyişikliklər yaratmır. 

Alimlər qeyd edirlər ki, bu proseslər Yer səthində geomaqnit sahəsinin minimal dəyişiklikləri ilə müşahidə olunur və heyvanların naviqasiyasına təsir etmir.

Bu tədqiqatlar Yer kürəsinin daxili strukturu, maqnit sahəsinin formalaşması və geodinamik proseslər barədə mühüm məlumatlar verir. Alimlər hesab edirlər ki, gələcək tədqiqatlar daxili nüvənin hərəkət mexanizmini daha dərindən açıqlayacaq və planetimizin daxili dinamikası haqqında əlavə biliklər əldə etməyə imkan yaradacaq.

“Biz Günəş haqqında nüvədən daha çox bilirik. Amma bir şey dəqiqdir: Yer kürəsinin nüvəsi dayanmayacaq”, - Gerd Ştaynle-Noyman bildirib.(axar.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Yuxusuzluğun FƏSADLARI: Beyinə, hormonlara və iştahaya təsiri…

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

End of content

No more pages to load

RADİO