Avropa İttifaqı dağılma vəziyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Əgər hər şey bu şəkildə davam edərsə, mən hesab edirəm ki, 2035-ci ildən sonra ümumi büdcənin qəbul olunması tamamilə mümkünsüz olacaq. Aİ tarixə nəcib bir eksperimentin məyusedici nəticəsi kimi düşəcək”, — deyə o vurğulayıb.
Baş nazir həmçinin əlavə edib ki, Ukrayna Aİ-yə və ya NATO-ya üzv olmamalıdır.
“Aİ özünü ‘axsaq ördək’ kimi aparır və Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsini ABŞ-la deyil, Rusiya ilə müzakirə etməlidir”, — deyə Orban bildirib.
Bizim.Media