Ukraynanın Baş naziri Yuliya Sviridenko Rusiya ordusunun bu gün səhər saatlarında həyata keçirdiyi hücumdan sonra Nazirlər Kabinetinin binasının içərisindən paylaşım edib.
Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
"Aydındır ki, Rusiya sülh istəmir. Mən tərəfdaşlarımızı və bütün dünya dövlətlərini Rusiyanın hərəkətlərindən doğan məyusluğu Ukraynaya real yardıma çevirməyə çağırıram.
Bbu yardım hökumət binasının bərpası üçün deyil, ölkəmizin hər yerində insanlarımızın müdafiəsi üçün lazımdır", deyə o, əlavə edib.
Bizim.Media