Sentyabrın 7-nə keçən gecə Rusiya 818 hava hücumu silahından istifadə edərək Ukraynanın paytaxtı Kiyevə kütləvi zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna Hərbi Hava Qüvvələrinin "Facebook" səhifəsində yer alıb.
Mənbə yazır ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri 751 hədəfi zərərsizləşdirib, 37 məntəqədə 9 raket və 56 hücum pilotsuz təyyarəsi vurulub.
Qeyd olunub ki, sentyabrın 6-da saat 17:00-dan (Bakı vaxtı ilə 18:00) Rusiya 805 "Shahed" hücum PUA-sı daxil olmaqla müxtəlif tipli pilotsuz uçuş aparatlarından, 9 ədəd "İsgəndər-K" qanadlı raketi və 4 ədəd "İskəndər-M/KN-23" ballistik raketindən istifadə edib.
Bizim.Media