Latviya 2028-ci ildən qadınları da orduya çağırmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bəyan edib.
O qeyd edib ki, ölkə Silahlı Qüvvələrin sayını artırmaq məqsədilə qadınların da hərbi xidmətə cəlb edilməsinə başlamalıdır.
Qeyd edilir ki, Latviya 2021-ci ildə 15 min nəfər olan Silahlı Qüvvələrinin sayını 2028-ci ilə qədər 31 min nəfərə çatdırmaq istəyir.
Bizim.Media