Kiyevdə Ukraynada fəaliyyət göstərəcək Çoxmillətli Qüvvələrin qərargahı formalaşdırılır. Ona britaniyalı zabit rəhbərlik edəcək.
Bizim.Media xəbər veirr ki, “UK Defence Journal” Britaniya nəşrinin iddiasına görə, bu struktur NATO-nun mümkün atəşkəsə hazırlıq səyləri çərçivəsində yaradılır.
Onun idarə olunmasında Fransanın da iştirakı nəzərdə tutulur. Məqalə müəllifləri qeyd edirlər ki, təşkilat “Ukraynadakı vəziyyətin sonrakı sabitləşdirilməsinə” cavabdeh ola bilər.
Qərargahın əsas iş dili ingilis dili olacaq, fəaliyyətində isə 30-dan çox ölkə iştirak edəcək.
Bundan əvvəl bir sıra ölkələr – Slovakiya, İtaliya, Yaponiya və Polşa – Ukraynaya öz hərbçilərini göndərməyi planlaşdırmadıqlarını bəyan ediblər.
Bizim.Media