"Rusiya və Azərbaycan iqtisadi sahədə bir-birini yaxşı başa düşür, hökumətlər və müəssisələr səviyyəsində konstruktiv şəkildə işləyirlər".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a bildirib.
"Azərbaycanla normal iqtisadi münasibətlərimiz var. Bunu təkrarlamaqdan yorulmuram. Bu yaxınlarda Həştərxanda Hökumətlərarası Komissiyanın iclasını keçirdik, burada hər iki tərəf iqtisadi problemlərimizin olmadığını vurğuladı. Biz bir-birimizi çox yaxşı başa düşürük. Burada hər şey yaxşı gedir", - Overçuk qeyd edib.
Bizim.Media