Amerikalı iş adamı İlon Mask 2027-ci ilə qədər tarixdə ilk dollar trilyoneri ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Məlumata görə, Maskın sərvəti 412 milyard dollardan çoxdur. Cəmi bir il əvvəl onun varidatı 251 milyard dollar idi. Mütəxəssislər bu sıçrayışı Tesla, SpaceX və biotexnologiya sahəsindəki uğurlarla izah edirlər.
“Informa Connect” şirkəti proqnozlaşdırır ki, kapitalın indiki artım tempi davam edərsə, 2027-ci ilə qədər Mask dünyanın ilk trilyoneri ola bilər.
Bizim.Media