Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin nazirlər kabinetində bir sıra kadr dəyişiklikləri həyata keçirib.
Bizim.Media xəbər veirr ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, Devid Lemmi xarici işlər naziri vəzifəsindən azad olunub, ədliyyə naziri və eyni zamanda baş nazirin müavini təyin edilib. Onun yerinə isə əvvəlcə Daxili İşlər Nazirliyinə rəhbərlik edən İvet Kuper Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı olacaq.
Bu dəyişikliklər artıq sabiq baş nazir müavini Ancela Reynerin istefasından sonra baş verib. Onun istefasına səbəb mənzil alışı zamanı vergilərin az ödənilməsi ilə bağlı qalmaqal olub.
Bizim.Media