ABŞ Prezidenti Donald Trampın “İnstagram” hesabında etdiyi paylaşım müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, ABŞ lideri Kaliforniya ştatının qubernatoru Gevin Nyusomun süni intellektlə hazırlanmış videosunu paylaşıb.
Sözügedən videoda alt paltarında olan Nyusomun Trampın fotosu əks olunan qum torbasına zərbələr endirdiyi öz əksini tapıb.
Qeyd edək ki, Nyusom son dövrlərdə sosial şəbəkələrdə fəallığını artıraraq memlər, süni intellektlə hazırlanmış təsvirlər və satirik paylaşımlar yayımlayır. Onun əksər paylaşımları birbaşa ABŞ prezidenti Donald Trampa qarşı yönəlib.
Bizim.Media