ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenskini sevmədiyi üçün onunla görüşmək istəmədiyini deyib. Tramp hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskiyə mənfi münasibət bəsləyir.
Bizim.Media xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərdən birinin "Putin niyə Zelenski ilə görüşmək istəmir?" sualına “Çünki onu sevmir” cavabını verib.
"Mənim xoşuma gəlməyən insanlar var. Onlarla görüşməyi xoşlamıram. Bəzən bəyənmədiyim insanlarla görüşməyi xoşlayıram". Tramp Putin və Zelenski haqqında danışarkən “Əslində onlar (Putin və Zelenski - red.) bir-birlərini həqiqətən sevmirlər” - Tramp əlavə edib.
Bizim.Media