“Yaxın günlərdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair müddəalar hazır olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
Ukrayna liderinin sözlərinə görə, hazırda Ukrayna, ABŞ və Avropa tərəfdaşlarının komandaları bunun üzərində işləyirlər: “Hazırda bu müharibəni bitirmək üçün real şans var. Ukrayna real sülhə yaxınlaşdıra biləcək konstruktiv addımlara hazırdır”.
Bununla yanaşı, Zelenski qeyd edib ki, Rusiya öz tərəfindən sülhə dair heç bir niyyət göstərmir və Ukrayna şəhərlərini atəş altında saxlayır:
“Biz Moskvadan son günlər səslənən bütün siqnalları eyni şəkildə qiymətləndiririk. Onların mövqeyini dəyişəcək təzyiq tələb olunur və bütün məsələləri müzakirə etmək üçün ən yüksək səviyyədə görüş keçirilməlidir”.
Bizim.Media