Rusiyada koronavirusun yeni ştammı olan “Stratus”a yoluxma hallarının sayı artıb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, “Stratus” adlı yeni ştammın simptomları klinik təzahürü ilə digərlərindən fərqlənmir.
Tək fərqi odur ki, “Stratus” daha yoluxucudur.
Yoluxma hallarının sayı hər gün artır. Hazırda 384 nəfər daşıyıcıdır. Ehtimal olunur ki, daha çox olacaq.
Buna görə də profilaktik tədbirlərə riayət etmək və sağlamlığa diqqət yetirmək tövsiyə olunur.
Bizim.Media