Türkiyənin Bursa şəhərində naməlum şəxsin təlxək obrazında küçədə oynayan uşaqları bıçaqla qorxutduğuna dair iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, vətəndaşların şikayətləri əsasında hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs saxlanılıb.
Şübhəli ifadəsində toy məclislərində təlxək kimi işlədiyini və əlində bıçaq deyil, velosiped siqnalı olduğunu bildirib.
Onun bu hərəkətini isə məhəllədə quraşdırılmış nəzarət kamerası lentə alıb.
Bizim.Media