Avqustun 20-də Müdafiə Nazirliyinin Qara dənizdəki Baş Kəşfiyyat İdarəsinin uğurlu əməliyyatı sayəsində Xerson vilayətinin müvəqqəti işğal altında olan Jeleznı limanı ərazisində düşmənin kateri məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Rus işğalçılarının qayığı havadan buraxılan raketlə vurulub və ekipajda olan beş rus əsgərinin hamısı məhv edilib. Kəşfiyyat məlumatlarına görə, zərbə hədəfin lazerlə işıqlandırılmasını təmin edən pilotsuz təyyarənin istifadəsi nəticəsində mümkün olub. PUA həmçinin qayığın və onun üzərindəki Rusiya hərbçilərinin uğurla məhv edildiyini qeydə alıb”, - deyə məlumatda bildirilib.
Teleqramın Ukrayna seqmentində isə sözügedən zərbənin Türkiyə istehsalı olan “Bayraktar” PUA-sı ilə endirildiyi barədə məlumatlar yayılıb.
Bizim.Media