Ukrayna Silahlı Qüvvələri Krımın Canköy şəhərindəki dəmiryolu stansiyasına zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, xüsusi əməliyyat 21 avqust gecəsi həyata keçirilib. Ukrayna xüsusi təyinatlıları Rusiya ordusuna məxsus yanacaq-sürtkü materialları daşıyan qatar vaqonlarını hədəfə alıb.
Baş Qərargahın açıqlamasında bildirilir ki, bu əməliyyat nəticəsində Rusiya qoşunlarının cənub istiqamətində təminat imkanları xeyli çətinləşib.
Bizim.Media