Rusiya “Kinjal” və “Kalibr” raketlərini İŞƏ SALDI – Zakarpatiya alovlar İÇİNDƏ – VİDEO

Rusiya bu gecə Ukraynaya genişmiqyaslı raket-PUA hücumu reallaşdırıb.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bu dəfə Ukraynanın qərb bölgələri (Zakarpatiya) hədəf alınıb.

Məlumata görə, səhər saatlarında Lvov və Luçska qanadlı raketlərlə zərbələr endirilib.

Bundan başqa, Rusiya gecə ərzində Rovno vilayətinə azı dörd “Kinjal” tipli aero-ballistik raket atıb.

Ukrayna Hava Qüvvələrinin məlumatına əsasən, Rusiyanın dənizdən buraxdığı “Kalibr” və Tu-95MS bombardmançı təyyarələrindən atılan X-101 qanadlı raketləri Ukraynaya daxil olub.

Raketlər İvano-Frankovsk və Ternopil vilayətlərini hədəf alıb.

Mukaçevoya zərbə

Mukaçevo Şəhər Şurası açıqlayıb ki, gecə hücumu nəticəsində şəhərdəki müəssisələrdən birinin ərazisinə zərbə endirilib. Hadisə yerində xilasedicilər işləyir. Şəhər rəhbərliyi sakinləri pəncərələri möhkəm bağlamağa və zərurət olmadıqda küçəyə çıxmamağa çağırıb. Bundan əlavə, hücum nəticəsində 12 nəfər xəsarət alıb, anbar binaları dağılıb və yanğın başlayıb.

Digər hücumlar

Rusiyanın gecə ərzində iki dəfə Zaporojyeyə zərbə endirdiyi, nəticədə sənaye infrastrukturuna və yaşayış evlərinə ziyan dəydiyi açıqlanıb. Vilayət rəhbəri İvan Fedorovun sözlərinə görə, xəsarət alanlar barədə məlumat yoxdur.

Rusiya mediası yazır ki, Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki qazpaylayıcı stansiya “Geran” tipli dronlarla vurulub.

Suma şəhərində də güclü partlayış qeydə alınıb. Ukrayna teleqram kanalları iddia edir ki, şəhərə Krımdan “Tsirkon” raketi ilə zərbə endirilib.

Lvov meri Andrey Sadovıy bildirib ki, şəhər “Şahed” dronları və raketlərlə birgə kombinasiya edilmiş hücuma məruz qalıb:

“İlkin məlumata görə, xəsarət alanlar var. Partlayış dalğası onlarla evi zədələyib, müxtəlif yerlərdə yanğınlar baş verib”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Prezident ailəsinin İsmayıl Samani türbəsindən FOTOLARI

Nərgiz Cəlilova efirə qayıdır

Nərgiz Cəlilova efirə qayıdır

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Səudiyyə Ərəbistanına aid tankerə hücum edildi

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Bu ixtisas qrupu qəbulda digərlərini geridə qoydu - Rəqəmlər

Gələn həftə deputatların tətili başa çatır

Gələn həftə deputatların tətili başa çatır

Azərbaycanın təhsil tarixində YENİ REKORD

Azərbaycanın təhsil tarixində YENİ REKORD

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

"Karvan-Yevlax" təmsilçisindən yeni transfer

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdı - FOTO/VİDEO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Sürücülərə şad xəbər: Paytaxtın 40 küçəsində təmir bitdi - FOTO

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Ukrayna Seymur Salahzadəni Azərbaycana təhvil verir

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Tələbə adını qazananların DİQQƏTİNƏ: Qeydiyyatdan keçməsəniz qəbulunuz LƏĞV OLUNACAQ

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Ali məktəblərin boş yerlərinə seçim BU TARİXDƏN başlayır

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Tələbə adını qazananların sayı AÇIQLANDI

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Bu il neçə uşaq bağçaya qəbul edilib? – Son statistika

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Xaçmazda kişi qızının sevgilisini küçədə döydü

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı – Bakıya gətirilir

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Şəhərətrafı qatarların hərəkət cədvəli DƏYİŞİR

Bakının bu rayonunda su olmayacaq

Bakının bu rayonunda su olmayacaq

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

Ali məktəblərə ixtisas seçiminin nəticələri ELAN OLUNDU

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

I sinfə qəbul üçün qeydiyyatdan keçən şagirdlərin sayı AÇIQLANDI

Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

End of content

No more pages to load

RADİO