İran təyyarəsi Qarabağda necə vurulub? – Azərbaycan kəşfiyyatının təqdim etdiyi sübut

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla söhbət zamanı İranın Ali dini lideri Ayətullah Xamnəinin baş müşaviri Əli Əkbər Vilayəti Qarabağda vurulan İran təyyarəsini xatırladıb: "Biz hətta bu yolda qurbanlar vermişik, o cümlədən Qarabağ müharibəsi zamanı təyyarənin raketlə vurulması nəticəsində bir sıra iranlı diplomatların ailələri şəhid olub”.

Bizim.Media “Yenisabah.az”a istinadən xəbər verir ki, ötən əsrin 90-cı illərində baş vermiş bu hadisə hələ o zaman xeyli şayiələr və fərziyyələr doğurmuşdu.

Hadisənin təfərrüatı
 

17 mart 1994-cü ildə İranın Rusiyadakı səfirliyinin əməkdaşlarını daşıyan İslam Respublikası Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130” hərbi-nəqliyyat təyyarəsini Ermənistan silahlı qüvvələri vurub. Qəza nəticəsində təyyarədə olan 32 nəfər (19 sərnişin və 13 ekipaj üzvü) həlak olub.


“C-130 Hercules” təyyarəsində Novruz bayramına görə ölkəyə qayıdan İran səfirliyinin əməkdaşları və onların ailə üzvləri olub. Moskvadakı səfirliyin məlumatına görə, təyyarədə 9-u uşaq və 13 ekipaj üzvü olmaqla, 19 sərnişin olub.

Ekipaj Qarabağ bölgəsinə, Azərbaycanın hava məkanına daxil olmazdan əvvəl mexaniki problem barədə məlumat verib, bundan sonra təyyarə məhv edilib.

İlkin bəyanatlar

Qəzadan sonra Ermənistan xarici işlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirib ki, təyyarə İrana çatmazdan əvvəl Rusiya, Gürcüstan və Ermənistan ərazisindən uçmalı idi. Lakin o, Gürcüstanı tərk edərkən bu dəhlizdən təxminən 65 mil şərqə doğru kənara çıxıb və planlaşdırıldığı kimi, saat 10:08-də Ermənistanın hava məkanına daxil olmayıb, əksinə, Qarabağı əhatə edən döyüş bölgəsi üzərindən uçub.

Qəzada həlak olanların qalıqları təyyarə ilə əvvəlcə Ermənistana və daha sonra İrəvanın “Zvartnots” hava limanından Tehrana aparılıb. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyan və Ermənistanın baş nazirinin müavini Vigen Çitçiyan iştirak ediblər.

Sonrakı addımlar

İran qəzanın səbəblərini araşdırmaq üçün bölgəyə xüsusi hava qüvvələri komissiyası göndərib. Komissiyanın rəhbəri Aminian Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanın irəli sürdüyü fərziyyəni rədd edib.

Arutyunyan təyyarənin idarəetməni itirdiyini və uçuş sistemindəki bəzi nasazlıq səbəbindən qəzaya uğradığını iddia edib.

Amininian bildirib ki, təyyarə Ermənistan silahlı qüvvələrinin atdığı 2 raketlə vurulub. O, Ermənistan tərəfinin qəzaya görə birbaşa məsuliyyəti öz üzərinə götürmədiyini, Ermənistan hərbi qüvvələrinin təyyarənin şəxsiyyətini müəyyənləşdirməyə çalışmadığını və onu guya Azərbaycan təyyarəsi ilə səhv saldıqlarını bildirib.

Yekun qərar

İran XİN bəyanat yayaraq, atışmada erməni qüvvələrinin təqsirkar olduğunu təsdiqləyən araşdırmasının nəticələrini açıqlayıb.

Bəyanatda deyilir: “İran qanuni addımlar atmaq və təyyarə qəzasının qurbanları üçün təzminat tələb etmək hüququnu özündə saxlayır və Ermənistan hökumətini təyyarə qəzasına görə məsuliyyət daşıyanları müəyyənləşdirib cəzalandırmağa çağırır”.

Öz növbəsində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) faciə baş verən gün Azərbaycan kəşfiyyatının lentə aldığı radio danışığını İran tərəfinə təqdim edib. Mesajda eşidilən sətirlərdən biri bu olub: “Biz indicə Azərbaycan hərbi təyyarəsini vurmuşuq”.

Azərbaycan kəşfiyyatı “C-130”-un “Osa”raket sistemi ilə vurulduğunu iddia edib.

Bəzi rusiyalı hərbi ekspertlər iddia edirdilər ki, “C-130” kəşfiyyat məqsədilə öz uçuş yolunu qəsdən dəyişib. Lakin İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Qəzadan sonra ozamankı İran prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Tehranda Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanla görüşündə təqsirkarların cəzalandırılmasını tələb edib. Tehrandan yola düşməzdən əvvəl Arutyunyan İran təyyarəsinin “səhvən” vurulduğunu etiraf edib, lakin konkret kimin səhv etdiyini açıqlamayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

End of content

No more pages to load

RADİO