Donald Trampla Vladimir Putinin görüşü sabah Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, əvvəlcə tərcüməçilərin iştirakı ilə təkbətək söhbət formatında keçiriləcək.
Görüş ABŞ-ın Alyaskadakı Hərbi Hava Qüvvələrinin “Elmendorf-Richardson” bazasında baş tutacaq.
Rəsmi hissədən sonra danışıqlar nümayəndə heyətləri səviyyəsində “5+5” formatında davam edəcək, yəni hər iki tərəfdən beş nəfərlik heyət iştirak edəcək. Bu formatda müzakirələrin həm ikitərəfli münasibətlər, həm də beynəlxalq gündəmdəki mühüm məsələləri əhatə edəcəyi gözlənilir.
Bizim.Media