ABŞ-da təhlükəli yük daşıyan qatar qəzaya uğrayıb.
Bizim.Media “Fox News”a istinadla xəbər verir ki, qəza Texas ştatında, Qordon şəhərindən iki mil şərqdə yerləşən dəmir yolu körpüsündə baş verib.
Qəza nəticəsində 35 vaqon relsdən çıxıb.
Qatar təhlükəli mayelər daşıdığı bildirilir. Hələlik sızma ilə bağlı məlumat verilməsə də, insanlara qəza bölgəsindən uzaq durmaq çağırışı edilib.
Bizim.Media