Bu gün səhər saat 06:33-də Türkiyənin Ankara vilayətinin Etimesgut rayonunda 3,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD-ın (Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumatında qeyd olunub.
Yeraltı təkanların episentri Etimesgut rayonu olub. Zəlzələ 4,68 kilometr dərinlikdə baş verib.
Hadisə ilə bağlı xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Bizim.Media