Meşədə meyiti tapılan tələbənin qətli ilə bağlı yeni təfərrüat - FOTO

Türkiyənin Aydın vilayətində meyiti tapılan 22 yaşlı universitet tələbəsi Teslime Hanedanın ölümündən sonra yeni detallar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, Teslime 10 ay əvvəl anası və atasının ona şiddət tətbiq edib, evdə zorla saxladıqları iddiası ilə hər ikisi barəsində uzaqlaşdırma qərarı aldırıb.

Avqustun 6-da Aydının Kalfaköy məhəlləsi yaxınlığındakı meşə yolunda başından güllə ilə vurulmuş qadın meyiti tapılıb.

Meyitin Adnan Menderes Universitetinin İnsan və Cəmiyyət Elmləri fakültəsinin 3-cü kurs tələbəsi Teslime Hanedan olduğu müəyyən edilib. Əraziyə ilk çağırışı edən şəxsin onun sevgilisi Efe F. olduğu məlum olub və o, şübhəli şəxs qismində saxlanılıb.
 

Polis araşdırmaları zamanı Efe F.-nin Teslimeni vurulduğu yerdən 50 metr məsafəyə qədər kürəyində daşıdığı məlum olub. O, polisə ilkin ifadəsində qızın çantasından silah çıxarıb özünü vurduğunu deyib. Lakin daha əvvəl 112-yə zəng edərək "Qıza çata bilmədim, telefon izləmə proqramı ilə yerini tapdım, meyitini gördüm" deməsi ziddiyyətli ifadə kimi qiymətləndirilib.


Hadisədən əvvəl Teslime Efe F. və onun 4 dostu taksi ilə birlikdə həmin əraziyə gəliblər. Polis həmin 4 nəfəri də şübhəli qismində saxlayıb. Ümumilikdə 5 nəfər hal-hazırda polis idarəsində dindirilməkdədir.

Teslimenin meyiti Mersinin Mut rayonundakı Kurtsuyu kəndində dəfn edilib. Kəndin muxtarı olan atası Beytullah Hanedan qızının onu və anasını "məni evdə zorla saxlayırlar" deyərək polisə şikayət etdiyini və bu səbəbdən dövlət qurumlarının onu evdən apardığını bildirib:

"Qızım Teslimeni Silifkə avtovağzalında tək buraxdılar. Bəli, uzaqlaşdırma qərarı ala bilərdi, amma ondan yaxşı kim baxardı? Mən onun atasıyam. Uzaqlaşdırma qərarı olduğu üçün yaxınlaşa bilmirdim".

Teslime ölümündən 15 gün əvvəl atasını axtararaq ev kirayəsini ödəyə bilmədiyini və paltar almağa pulu olmadığını deyib. Atası pul göndərdiyini və qızının telefonda peşman olduğunu dediyini, "Bazar ertəsi gələcəyəm" söylədiyini, lakin bir daha zəng etmədiyini bildirib. (Milli.az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

End of content

No more pages to load

RADİO