Tramp Netanyahunun üstünə QIŞQIRIB? – Diplomatik SKANDAL

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağında aclıq olmadığı barədə dediklərinə kəskin reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
 

Telekanalın məlumatına əsasən, Tramp telefon danışığında bildirib ki, onun müşavirləri Qəzzada uşaqların aclıqdan ölməsini sübut edən faktlar təqdim ediblər və o, bu faktların “saxtalaşdırma” adlandırılmasına qarşıdır.


NBC yazır ki, sözügedən telefon danışığı iyulun 28-də Trampın Şotlandiyaya səfəri zamanı baş tutub. Həmin vaxtdan az əvvəl ABŞ lideri ictimaiyyət qarşısında Qəzzada real aclığın mövcud olduğunu bəyan etmişdi. Bundan sonra Netanyahunun özü telefon danışığını tələb edib.

Adı açıqlanmayan ABŞ administrasiyasının nümayəndələrinə istinad edən NBC qeyd edir ki, danışıq zamanı Netanyahu Qəzzada kütləvi aclıq olmadığını, yayılmış məlumatların isə “HƏMAS-ın uydurması” olduğunu iddia edib.

Bunun cavabında Prezident Tramp onun sözünü kəsərək səsini qaldırıb və uşaqların aclıqdan ölməsinə dair sübutlara malik olduğunu, bu faktların inkar edilməsinə razı ola bilməyəcəyini deyib.
 

Ağ Ev və İsrail Baş nazirinin ofisi Trampın Netanyahunun “Qəzzada aclıq yoxdur” sözlərinə görə ona qışqırması barədə məlumatı şərh etməkdən imtina edib.


Netanyahunun ofisi isə NBC-nin iddiasını “tam saxta xəbər” adlandırıb.

“Baş nazir Netanyahunun Prezident Tramp ilə səsin yüksəldiyi bir danışıq keçirməsi ilə bağlı yayılan məlumat tamamilə yalandır”, – deyə baş nazirin ofisindən NBC-nin iddialarına cavab olaraq bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

Azərbaycan beynəlxalq mükafat qazandı - FOTO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

“Evindən belə çıxarmadığı azərbaycanlı xanımla eşq yaşayır” - VİDEO

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

İranın Vitse-prezidenti: “Telefonlarınızı doldurun, su ehtiyatı yığın!”

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Tramp İrandan sonra ABŞ-ın əsas düşmənini açıqladı

Laricaninin yeri belə “müəyyən edilib”

Laricaninin yeri belə “müəyyən edilib”

Emin Mahmudov Qurban Qurbanova çatdı

Emin Mahmudov Qurban Qurbanova çatdı

End of content

No more pages to load

RADİO