Metyu Brayza: “Sülh sazişinin imzalanması üçün Azərbaycanın şərtləri yerinə yetirilməlidir” – ÖZƏL/VİDEO

"Mətbuatda yayılan xəbərlərə əsasən, bu cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Ağ Evdə görüşəcəyi, ABŞ Prezidenti Donald Trampın ev sahibliyi edəcəyi və sülh sazişinə dair anlaşma memorandumu imzalayacaqları gözlənilir. Məlumdur ki, sülh sazişinin mətni hələ bu ilin martında razılaşdırılıb və sadəcə bir neçə məsələ qalıb ki, onlardan biri xüsusilə mürəkkəbdir".

Bu fikirləri Bizim.Media-ya danışan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, bu uzun illər gözlənilən, Cənubi Qafqaz və region üçün mühüm addımdır.

Lakin Azərbaycanın şərtləri tam yerinə yetirilməlidir:

"Bu da Azərbaycanın haqlı tələbi ilə Ermənistanın konstitusiyasında dəyişiklik etməsi və orada Qarabağa dair heç bir ərazi iddiası olmadığını açıq şəkildə bəyan etməsidir.
 

Konstitusiya dəyişikliyi etmək, təbii ki, çətin prosesdir. Amma Baş nazir Paşinyan bu məsələni anladığını ifadə edib və görünür ki, Ermənistan siyasi sistemini bu dəyişikliyə uyğunlaşdırmağa çalışır. Lakin şəxsən mən bu məsələdə hər iki tərəfin hazırkı mövqeyini dəqiq bilmirəm, ona görə də cümə günü onların gözlənilən sülh sazişini imzalayıb-imzalamayacağını söyləmək çətindir".


Bryza əlavə edib ki, prosesdə ciddi irəliləyiş var.

"Ən əsası, ABŞ Prezidenti Donald Tramp bu prosesdə fəal iştirak etmək istəyir.
 

Tramp istəyir ki, bu iki ölkə arasında sülhün əldə olunmasına kömək etdiyi üçün tanınsın və bu səbəbdən dəfələrlə bildirib ki, Nobel Sülh Mükafatı almaq istəyir. O düşünür ki, Ermənistan və Azərbaycan arasında sülh bu mükafatı qazanmaq üçün bir yol ola bilər.


Tramp bu prosesə əsasən öz şəxsi maraqları prizmasından yanaşsa da, əgər nəticədə sülh əldə olunarsa, bu həm Azərbaycan, həm Ermənistan, həm də ümumilikdə Cənubi Qafqaz üçün müsbət olacaq”.

Sabiq səfir qeyd edib ki, indi qərar verməli olan ölkələr yalnız Azərbaycan və Ermənistandır:
 

"Rusiya isə, təbii olaraq, Trampın bu məsələyə qarışmasını öz geosiyasi təsirinin zəifləməsi kimi qəbul edəcək. Bu səbəbdən də Azərbaycan və Ermənistan özləri qərar verməlidirlər ki, bu prosesdə Trampla irəliləmək istəyirlərmi? Məncə, bu görüşdə tam sülh sazişi imzalanmayacaq.


Ancaq dediyim kimi, tərəflər birgə imzalanacaq bir niyyət protokolu (memorandum) təqdim edə bilərlər ki, bu sənəd onların sülh sazişini yekunlaşdırmaq istəyini göstərir.
 

Onlar artıq bildiriblər ki, vasitəçilərə ehtiyacları yoxdur. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, liderlər birbaşa, üz-üzə danışıqlar apara bilərlər və vasitəçilərsiz də irəliləyə bilərlər.


Ümid edirəm ki, Trampın bu prosesə müdaxiləsi, vaxtilə mənim fəaliyyət göstərdiyim Buş administrasiyası dövründə olduğu kimi, ABŞ-nin Cənubi Qafqazda sülh və rifahın təmin olunmasına strateji önəm verdiyinin göstəricisi olar".


Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

Talıb Tale Rusiyada qəza enişi edən təyyarədə olub - VİDEO

End of content

No more pages to load

RADİO