Avropa İttifaqının Ukrayna üçün 6,6 milyard avro vəsaiti bloklanıb -Ermənipərəst Borrell

Avropa İttifaqının Ukraynaya hərbi dəstəyi faktiki olaraq dondurulmuş vəziyyətdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Jozep Borrell EUObserver saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi Macarıstanın tutduğu mövqedir.
 

Belə ki, Macarıstanın etirazı nəticəsində Avropa Sülh Fondu çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş təxminən 6,6 milyard avro vəsaitin istifadəsi bloklanıb.


Borrell qeyd edib ki, bu vəziyyət Ukrayna üçün ciddi çətinliklər yaradır və Avropa İttifaqının həmrəyliyi ilə bağlı suallar doğurur.

“Avropa Sülh Fondu Ukraynaya hərbi dəstək göstərmək üçün əsas mexanizmlərdən biridir.
 

Lakin Macarıstan bu fondun vəsaitlərinin Ukrayna üçün istifadəsini davamlı şəkildə əngəlləyir.Nəticədə, bu dəstək faktiki olaraq dondurulub”, deyə o, əlavə edib.


Keçmiş diplomatın sözlərinə görə, yaranmış vəziyyət yalnız Ukraynanın müdafiə qabiliyyətini zəiflətmir, eyni zamanda Avropa İttifaqı daxilində siyasi birliyin də zəiflədiyini göstərir.

 

Xatırladaq ki, Avropa Sülh Fondu 2021-ci ildə yaradılıb və məqsədi Aİ-nin təhlükəsizlik və müdafiə siyasətinə töhfə verməkdir. Ukrayna müharibəsinin başlamasından sonra bu fond vasitəsilə Ukraynaya milyardlarla avro məbləğində hərbi yardım ayrılıb.


Lakin son aylar Macarıstan rəhbərliyi müxtəlif bəhanələrlə bu yardım paketlərinə veto qoyaraq prosesin qarşısını alır.
 

Qeyd edək ki, keçmiş ali nümayəndə dəfələrlə ermənipərəst bəyanatları ilə tanınıb və bu, onun diplomatik fəaliyyəti dövründə Azərbaycanla bağlı obyektivlik prinsipinə zidd addımlarında da öz əksini tapıb.


Borrell, 2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi dövründə və sonrasında Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən mövqe sərgiləyib, Azərbaycanın suveren ərazilərində apardığı antiterror əməliyyatlarını "beynəlxalq hüquqa zidd" adlandırmaqdan belə çəkinməyib.

Hətta Azərbaycan əleyhinə qəbul olunan bəzi qərarlarda onun təsiri və təşəbbüskarlığı açıq şəkildə hiss olunub.
 

Borrellin Azərbaycanı daim ittiham etməsi, Ermənistanın işğalçılıq siyasətinə isə göz yumması onun ikili standartlarla yanaşdığını, həmçinin Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına siyasi maneə olduğunu göstərir.


Bu da onun rəhbərliyində olan Avropa İttifaqının vasitəçilik səylərinin etibarlığını ciddi şəkildə şübhə altına alır.

Nəticə olaraq, indi verdiyi açıqlamalarda Ukraynaya dəstəyin əngəllənməsindən gileylənən Jozep Borrellin özü, vaxtilə Azərbaycanın haqlı mövqeyinə qarşı apardığı qərəzli və ədalətsiz siyasətlə tanınır və bu, onu Cənubi Qafqazda sülhə töhfə verən şəxs yox, geosiyasi oyunların alətinə çevrilmiş bir fiqur kimi yadda saxlayır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

End of content

No more pages to load

RADİO