ChatGPT ilə 12 min dollarlıq borcunu sildi

ABŞ-ın Delaver ştatında yaşayan əmlak məsləhətçisi və məzmun istehsalçısı Cenifer Allan, 23.000 dollara çatan kredit kartı borcunun yarıdan çoxunu cəmi bir ay ərzində ödəyə bildi. O, bu uğuruna süni intellektdən – ChatGPT-dən aldığı gündəlik təkliflər sayəsində nail olub.

Bizim.Media xəbər verir ki, Ceniferin borcunun bir hissəsi ona aid olmasa da, məsuliyyət onun üzərinə düşmüşdü.

Həm psixoloji, həm də maddi təzyiq artdıqca çıxış yolu axtaran qadın ChatGPT-yə müraciət etdi.

O, 30 gün ərzində hər səhər süni intellektə yazaraq pul qazanmaq və qənaət etmək yolları barədə ideyalar istədi və həmin təklifləri real həyatda tətbiq etməyə başladı. Gördüyü işləri TikTok hesabında da paylaşaraq izləyicilərindən dəstək aldı.
 

İlk addım olaraq evdəki istifadə olunmayan abunəlikləri ləğv etdi, artıq əşyaları Facebook Marketplace üzərindən satdı və mövcud ərzaqlarla yemək hazırlayaraq xərcləri azaltdı. Ancaq ən çox diqqət çəkən ideya “borcu sənətə çevirmək” oldu. ChatGPT-nin təklifi ilə Cenifer borc məbləğini böyük bir karpuzun üzərinə yazdı və bu görüntünü “borc sənəti” adı altında eBay-də satışa çıxardı.


Sosial mediada viral olan bu təşəbbüs nəticəsində karpuzun fotosu 51 dollara satıldı. Bundan əlavə, Cenifer təsadüfən Venmo hesabında unudulmuş 100 dollar tapdı, həyat yoldaşı isə illər əvvəl açılmış bir investisiya hesabında 10.200 dollarlıq qənaəti üzə çıxardı. Bu gözlənilməz tapıntılar prosesi daha da motivasiyalı etdi.

Nəticədə Cenifer 30 gün ərzində ümumilikdə 11.000 dollarlıq əlavə gəlir qazandı və 12.078 dollar borcunu bağlayaraq ümumi borcunun yarıdan çoxunu sildi. “Əvvəllər borcumu görmək belə istəmirdim. İndi isə hər gün onunla məşğulam”, – deyə qadın bildirib.

O, ChatGPT-dən aldığı təkliflərin yalnız maliyyə deyil, eyni zamanda zehni sabitlik baxımından da faydalı olduğunu vurğulayıb.

Maliyyə mütəxəssisləri isə qeyd edir ki, süni intellekt fərdi maliyyə idarəsində faydalı ola bilər, lakin insan məsləhətçilərin yerini tam tuta bilməz. Ekspert Noell Karterin sözlərinə görə, “Yapay zəka güclü vasitə ola bilər, amma peşəkar maliyyə məsləhətçisi qədər etibarlı deyil.”

Cenifer Allanın hekayəsi minlərlə borc içində olan insana ümid və ilham verərək süni intellektin gündəlik həyatda necə çevik və təsirli şəkildə istifadə oluna biləcəyinə dair real bir nümunə təqdim edir. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO