Ermənipərəst Menendesin arvadına məhkəmədən şok: Təqsirli bilindi, həbs gözləyir

ABŞ-də baş verən böyük korrupsiya qalmaqalında adı hallanan ermənipərəst siyasətçi və keçmiş senator Bob Menendesin həyat yoldaşı Nadine Arslanyanın cəzasız qalmaq ümidi puça çıxıb. Federal hakim Sidni Ştayn onun, barəsində çıxarılan hökmün ləğv edilməsi ilə bağlı müraciətini rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Courthouse News Service" portalında dərc olunan məqalədə bildirilir.

Hakim bildirib ki, Nadine Arslanyanın günahı şahid ifadələri və sənədlərlə yetərincə sübuta yetirilib, yeni məhkəmə prosesinə ehtiyac yoxdur.

Qeyd edək ki, Arslanyan ötən ay məhkəməyə müraciət edərək, barəsindəki sübutların yetərsiz olduğunu, üstəlik, onu vəkilini dəyişməyə məcbur etdiklərini iddia etmişdi. O, əvvəlki vəkili Devid Şertlerin şahid qismində ifadə verməməsinin öz hüquqlarının pozulması olduğunu bildirmişdi.
 

Lakin hakim qeyd edib ki, o, vəkil dəyişikliyindən sonra uzun müddət bu məsələyə toxunmayıb və heç vaxt Şertlerin müdafiəyə qayıtmasını tələb etməyib.


Arslanyanın vəkili Sara Krissoff məhkəmə qərarından narazı olduqlarını bildirib və 6-cı düzəlişin pozulması məsələsini ABŞ Apellyasiya Məhkəməsinə çıxaracaqlarını söyləyib.

Xatırladaq ki, Bob və Nadine Menendes cütlüyü Nyu-Cersidəki biznesmenlər və Misir rəsmilərindən rüşvət almaqda, qarşılığında senatorun siyasi nüfuzundan istifadə etməkdə ittiham olunublar. Onların evində aparılan axtarış zamanı qızıl külçələr, "Mercedes-Benz" markalı avtomobil və senatorun adının baş hərfləri olan geyimlərə doldurulmuş külli miqdarda nağd pul aşkarlanmışdı.
 

Bob Menendes ötən il məhkum edilərək 11 il müddətinə azadlıqdan məhrum olunub. Həbsə göndərilməzdən əvvəl o, ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etməyə çalışaraq məhkəmə sistemini tənqid etmişdi.


Səhhətindəki problemlər - konkret olaraq döş xərçəngi diaqnozuna görə Nadine Arslanyanın işi ayrıca məhkəməyə çıxarılmışdı.

Məhkəmə prosesi zamanı o, 15 maddə üzrə təqsirli bilinib: rüşvət alma, elektron vasitələrlə dələduzluq və ədalət mühakiməsinə mane olma. Ona hökm 2025-ci il sentyabrın 11-də oxunacaq. (Oxu.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

End of content

No more pages to load

RADİO