Bakıdakı konsertini ləğv etdi - Elə səbəb dedi ki...

Bu gün Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer bundan imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun açıqlaması yayılıb.

Müğənni açıqlamasında səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərib:
 

“Bu gün Azərbaycanda konsertimiz olacaqdı. Bir gün öncədən şəhəri gəzmək üçün Bakıya getdim. Məkanla əlaqədar heç bir problem yoxdur. Çox gözəl qarşıladılar, möhtəşəm insanlardır. Amma konsertimizi ləğv etmək məcburiyyətində qaldıq. Mən türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm mənə əsəbiləşməyin, anlayış göstərin”.


İfaçının bu videosu birmənalı qarşılanmayıb. İzləyicilər açıqlamasına görə onu tənqid ediblər.

Məsələ ilə bağlı konsertin baş tutacağı restorandan bildirilib ki, ötən gün müğənni ölkəyə gəlib, bu gün səhər isə qayıdıb:

“Hazırda onunla danışıqlar gedir. Ötən gün onu qarşılamışıq. Hər şey qaydasında idi, birdən-birə qayıtmaq istədiyini dedi. Həmin açıqlamanı da artıq Türkiyəyə qayıtdıqdan sonra verib. Bizə su almaq istədiyini, lakin lirənin burada keçmədiyi üçün ala bilmədiyini dedi. Biz ona izah etdik ki, manatı da Türkiyədə istifadə etmək olmur, lakin o bizi anlamadı. Öncədən onunla behi də dollarla həll etmişik. Danışıqlar getdiyi üçün hələ çıxışın olmaması ilə bağlı səhifəmizdə heç bir açıqlama verməmişik”.

Qeyd edək ki, küçədə mahnı oxuyaraq məşhurlaşan Rza Tamerin “Benden sonra” mahnısı son günlərin trendidir. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi

Ağdaşda yaşlı qadın qətlə yetirildi

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO