Təxribatçı çıxışlara SON - Qərəzli rus kanallarının Azərbaycanda yayımı DAYANDIRILA BİLƏR

Son aylarda Rusiyanın bəzi ekspert və jurnalistlərinin Azərbaycan əleyhinə çıxışları ictimai qıcıq doğurur. Qarabağ mövzusu ilə bağlı qərəzli açıqlamalar, tarixi həqiqətlərin təhrif edilməsi və açıq-aşkar təxribat xarakterli müzakirələr artıq insanların səbr kasasını doldurub. Çünki burada məsələ medianın söz azadlığında deyil, başqa bir ölkədən yayılan siyasi təxribatdadır. Bu verilişlərin məqsədi real müzakirə yox, cəmiyyətdə psixoloji təsir yaratmaq, qarşı tərəfi gözdən salmaqdır.

Rusiya kanallarının bağlanması cəmiyyətdə necə qarşılanar?

Siyasi şərhçi Aydın Quliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, qərəzli Rusiya kanallarının bloklanmasını Azərbaycan ictimaiyyəti yalnız alqışlayar. Bununla bağlı Azərbaycan cəmiyyətində ziddiyyətli fikir yoxdur.

“Rusiya media mənsublarının qərəzli çıxışları Azərbaycanda əsaslı narazılıq yaradır. Başqa cür ola da bilməz. Bütün qərəz arsenalı ilə Azərbaycana qara yaxan Rusiya mediasına Azərbaycanda başqa necə münasibət formalaşa bilər?! Şuşa media forumunda iştiraka görə Qusmanı və Markovu xəyanətkar kimi cəzalandırmaq çağırışı edən rus blogerlərin başdan ayağa qərəz içində olduqlarına  söz yoxdur. Halbuki bu şəxslər hər şeydən öncə öz peşə maraqlarına sadiqlik göstəriblər.”

Azərbaycana qarşı qara kampaniya siyasi sifarişdir

Siyasi şərhçi deyir ki, Rusiya mediasının Azərbaycana qarşı qara kampaniyası siyasi sifarişə bağlıdır. Bu qara kampaniya Rusiyanın Azərbaycanda onsuz da korlanmış nüfuzunu sonadək məhv edir:

“Qara media kampaniyası Rusiyanın Azərbaycanla müttəfiqlik sənədlərini adi kağız parçasına çevirir. Qərəzli Rusiya mediasına qarşı Azərbaycanda sərt əks tədbirlər görməyin vaxtı çatıb. Lakin hər şey dövlətimizin qərarlarına bağlı olacaq”.

Aydın Quliyev qeyd edib ki, Rusiya mediasının Azərbaycana böyük mənəvi və peşə borcu var. Otuz ildən çox davam etmiş erməni işğalı dövründə Azərbaycan dövləti və mediası Rusiyaya qarşı heç bir çağırış etmədi. Azərbaycan mediası çox təmkinli davrandı. Rusiyada Azərbaycan xalqının haqq mənafeyini bir ovuc erməni şovinistinə qurban verməyə son qoyacaqlarını gözlədi. Lakin təəssüf ki, Rusiya hakimiyyəti və mediası obyektiv olmağı bacarmadı.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi

Ağdaşda yaşlı qadın qətlə yetirildi

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO