Tanınmış səyyah ən pis 5 şəhəri açıqladı: Siçovullar, zibillər, çirkli həyat...

Dünyanı 30 ildən artıqdır ki, səyahət edən peşəkar turizm eksperti Karlos Lavilla bəzi şəhərlərin gözləntilərini qarşılamadığını bildirib və onlara bir daha qayıtmayacağına söz verib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Karlos Lavilla TikTok-da paylaşdığı videoda bildirib ki, bu 5 şəhərdə özünü turist baxımından ən narahat və mənasız hiss edib, çünki onların ya turistik dəyəri azdır, ya da ümumiyyətlə yoxdur.

1. Cakarta - İndoneziyanın paytaxtı

Karlosun qara siyahısında ilk yeri Cakarta tutur. Onun sözlərinə görə, bu şəhər təkcə dünyanın ən çirkli şəhərlərindən biri deyil, eyni zamanda böyük, az qala siçovula çevrilmiş siçanları ilə də məşhurdur.

"Təsəvvür edin ki, Mikki Maus çoxdan təqaüdə çıxıb və Cakartaya köçüb", – ekspert ironiya ilə bildirib.

Şəhərin havası istilik elektrik stansiyaları, avtomobil qazları, zavod tullantıları, tikinti tozu və açıq şəkildə yandırılan zibillər səbəbindən çox pis vəziyyətdədir.

2. Nayrobi – Keniyanın paytaxtı

Siyahıda ikinci yerdə Nayrobi gəlir. Carlos deyir ki, burada olduğu müddətdə hər an özünün sağ olub olmadığını yoxlamağa ehtiyac duyub, çünki atmosfer ona "sanki cəhənnəmdə olduğunu" hiss etdirib.

"Oraya qayıtmaq üçün mənə pul ödəməli olardılar. Hətta o halda belə, düşünməliyəm", – o əlavə edib.

3. Las Veqas – ABŞ

İllik 40 milyondan çox turist cəlb edən Las Veqas da siyahıdadır. "Günahlar şəhəri" adlandırılan bu yer Karlos üçün sadəcə süni və qarmaqarışıq şəkildə yığılmış bir məkan kimi görünür.


"Elə bil bu şəhəri plastik cərraha aparıb, dünyanın fərqli yerlərindən hissələr yığıb ora yapışıblar", – o bildirir.

4. Male – Maldiv adalarının paytaxtı

Turistlərin Maldivlərlə bağlı cənnət təsəvvürləri olsa da, Male şəhəri ekspert üçün tam əks təəssürat yaradıb. O, şəhəri çox eybəcər və sıx tikililərlə dolu hesab edir.

"O qədər çirkin görünür ki, baxanda fikirləşirsən – əlimdə imkan olsa, bu şəhəri bir an belə saxlamaz, yox edərdim. Yeganə təsəllim odur ki, Male Maldivlərin gözəlliyini daha da vurğulayır".

5. Reykjavik – İslandiyanın paytaxtı

Siyahıda ən gözlənilməz seçim isə Reykjavik olub. Qeyri-adi təbiəti, Şimal işıqları və Mavi Laqunu ilə tanınan bu şəhər də Karlos üçün cazibədar görünməyib.

"Orada bir göl güclə tapılar, iki ördək yarımştat işləyir. Qalan hər şeyi paketə qoyub, lentləyib, yoldan keçən birinə hədiyyə edə bilərsiniz", – o istehza ilə bildirib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Gürcüstan Azərbaycanın ən böyük 3-cü ixrac tərəfdaşına çevrilib

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Regionlara köçürüləcək UNİVERSİTETLƏR

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Azərbaycandan Türkiyəyə pul köçürmələri 4 % azalıb

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

“Düşünürlər ki, yalanlarına inandıra biliblər” – VİDEO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Azərbaycanlı gənc Amerikada itkin düşüb - FOTO

Ağdaşda yaşlı qadın qətlə yetirildi

Ağdaşda yaşlı qadın qətlə yetirildi

İyunun 14-də “Son zəng” olmayacaq

İyunun 14-də “Son zəng” olmayacaq

“Peşmanam…” - VİDEO

“Peşmanam…” - VİDEO

Asılılıq genetika ilə bağlı imiş

Asılılıq genetika ilə bağlı imiş

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Naxçıvanda DƏHŞƏT - Evdən ər və arvadın meyiti tapıldı

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Nyu-Yorkda Kanadaya məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb – VİDEO

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Xəstəxanaya yerləşdirilən Murad Dadaşovdan xəbər var

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,5 bal gücündə zəlzələ olub

ABŞ-Ukrayna danışıqları başa çatdı

ABŞ-Ukrayna danışıqları başa çatdı

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO