Türkiyə ilə Britaniya arasında mühüm razılaşma – DETALLAR - FOTO

Türkiyənin müdafiə naziri Yaşar Gülərlə Böyük Britaniyanın müdafiə naziri Con Hil arasında “Eurofighter Typhoon” qırıcılarının satışına dair əldə olunmuş razılaşma Ankara üçün mühüm strateji hadisə hesab olunur. Bu razılaşma, ABŞ-la F-35 proqramı ətrafında yaşanan gərginliklərdən sonra Türkiyənin hərbi aviasiya parkını yeniləmək səylərinin tərkib hissəsinə çevrilib.

Bizim.Media xəbər verir ki, rəsmi müqavilənin yaxın bir il ərzində imzalanması gözlənilir. Türkiyə bu təyyarələrə yerli silah və tanıma sistemlərinin inteqrasiyası məsələsində israrlıdır.

Bu isə NATO daxilində yeni mübahisələrə yol aça bilər.

2019-cu ildə Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərini aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarıldı. Bununla da Türkiyənin hava donanmasının modernləşdirilməsi ehtiyacları ABŞ vasitəsilə ödənilməz oldu. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin ixtiyarında olan və 1980-ci illərdən bəri istifadə edilən F-16 qırıcıları, çoxsaylı modernizasiya işlərinə baxmayaraq, artıq köhnəlib.

ABŞ-ın CAATSA sanksiyalarına baxmayaraq, Ankara qırıcı parkının yenilənməsi istiqamətində addımlar atmaqda davam etdi, paralel olaraq daxili müdafiə sənayesini də inkişaf etdirdi, PUA-ların, radioelektron mübarizə sistemlərinin və raket texnologiyalarının istehsalına böyük sərmayələr yatırıldı. Lakin ən mühüm və kritik məsələ olaraq, NATO standartlarına uyğun strateji aviasiya komponentinin təmin olunması hələ də gündəmdə qalır. Türkiyənin Böyük Britaniya ilə birlikdə inkişaf etdirdiyi beşinci nəsil KAAN qırıcısının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
 

Razılaşmada dönüş nöqtəsi 2024-cü ildə Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra baş verdi. Bunun müqabilində ABŞ Türkiyəyə 40 ədəd yeni F-16 qırıcısının satışına razılıq verdi ki, bu da Vaşinqtonun mövqeyində yumşalma siqnalı kimi qiymətləndirildi.


Eurofighter Typhoon qırıcılarının alınması Türkiyənin alternativ aviasiya mənbələri axtarışının məntiqi davamıdır. Ankara və London arasında bir ildir davam edən danışıqlar Almaniya, İtaliya və İspaniya kimi digər konsorsium üzvləri ilə də razılaşdırılmalı idi.
 

Müqavilənin əsas üstünlüklərindən biri də – uzaqmənzilli “Meteor” raketlərinin daxil edilməsi olub. Qeyd edək ki, bu raketlər artıq Yunanıstanın Rafale qırıcılarında istifadə olunur. Afina bu raketlərin Türkiyəyə verilməsinə qarşı idi və ya heç olmasa, onların Yunan Hərbi Hava Qüvvələrinə qarşı istifadə edilməsini istisna edən şərtlərin əlavə edilməsini istəyirdi. Konsorsium isə NATO üzvlərinin bir-birinə qarşı hücum etməməsi prinsipinə istinad edərək bu narahatlıqları rədd etdi. Lakin keçmiş təcrübələr göstərir ki, milli müdafiə sistemlərinin adaptasiyası bu kimi razılaşmaların çərçivəsindən kənara çıxa bilir.


Türkiyənin 1990-cı illərdə F-16-lara milli “IFF” tanıma sistemi yerləşdirməsi və bu sistemin Yunan qırıcılarını təhdid kimi qəbul etməsi, texniki dəyişikliklərin bölgədəki hərbi balansı necə dəyişə biləcəyini ortaya qoyur.

40 təyyarənin alınması 5,6 milyard dollara başa gələcək. Bu, Türkiyə iqtisadiyyatı üçün xeyli böyük yükdür. Lakin NATO-nun son sammitində 2030-cu ilə qədər hərbi xərclərin ÜDM-in 2%-dən 5%-ə qədər artırılması qərarı fonunda, Ankara bu alışın həmin öhdəliklə uyğunlaşdırılacağını və büdcə yükünün mərhələli şəkildə bölüşdürüləcəyini hesab edir.

Hətta ehtimal olunur ki, ilk 20 təyyarə hazır konfiqurasiyada, sonrakı 20 isə Türkiyə tələblərinə uyğunlaşdırılmış şəkildə təhvil veriləcək.

Britaniya tərəfi Türkiyəyə qiymət və texniki fərqlərə görə bir neçə təchizat paketi təqdim edib. Hazırda Türkiyə bu variantları qiymətləndirir, həm milli sistemlərin inteqrasiyası imkanlarını, həm də hərbi əməliyyat tələblərini və maliyyə resurslarını nəzərə alaraq optimal qərara gəlməyə çalışır.

Yunanıstanla bölgədəki hərbi balans və NATO daxilində Türkiyənin artan rolu fonunda bu razılaşma təkcə hərbi təyyarə alışı yox, Ankaranın gələcək onilliyə hesablanmış strateji hərbi-siyasi xəttinin mühüm bir elementi sayılır. (Haqqin.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

İranın televiziya mərkəzinə raket zərbəsi endirildi

Universitet tələbəsi vəfat etdi

Universitet tələbəsi vəfat etdi

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

İlham Əliyev: “İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Yaşlanmaqdan ən çox qorxan BÜRCLƏR

Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident Şahbaz Şərifi təbrik etdi

İlham Əliyev Şamaxıda – FOTO

İlham Əliyev Şamaxıda – FOTO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

Söyüş müxalifətinin fotolarından istifadə etdiyi Anna Şevyakova KİMDİR? - VİDEO

End of content

No more pages to load

RADİO