Qətərin Trampa hədiyyə etdiyi təyyarə 2 il ərzində hazır vəziyyətə gətiriləcək – DETALLAR

Donald Trampa Qətər kral ailəsi tərəfindən hədiyyə edilən Boeing 747-8 təyyarəsinin təmir və modernizasiya xərclərinin ABŞ nüvə qüvvələrinin modernizasiyası proqramı çərçivəsində qarşılandığı ehtimal edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times (NYT) məlumat yayıb.
 

Amerikalı konqresmenlər Pentaqonun büdcə sənədlərindən birində “gözə çarpmayan” maddə altında 934 milyon dollarlıq vəsaitin göstərildiyini aşkarlayıblar. Bu məbləğin hansısa məxfi layihəyə ayrıldığı bildirilsə də, müşahidəçilər bunun məhz Trampın yeni “bir nömrəli təyyarəsinin” (Air Force One) yenidən qurulmasına yönəldiyini düşünürlər.


ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Troy Maynk Konqres qarşısında çıxışında bu təyyarənin modernizasiyasının əslində 400 milyon dollardan az başa gələcəyini söyləyib.

Hərbi Hava Qüvvələrinin bəzi rəsmiləri anonim şəkildə etiraf ediblər ki, təyyarənin təmiri üçün vəsait büdcəni aşan və gecikən layihədən götürülüb.

NYT-nin məlumatına görə, söhbət ABŞ-ın köhnəlmiş yerüstü nüvə raketlərinin yenilənməsini nəzərdə tutan “Sentinel” proqramından gedir.

Qətər tərəfindən bağışlanan təyyarədə kommunikasiya və müdafiə sistemlərinin yenilənməsi vacib sayılır. Bundan əlavə, NYT yazır ki, təyyarədə casus avadanlıqlarının – dinləmə qurğularının olması ilə bağlı şübhələr də mövcuddur və bu da “həssas məsələ” kimi dəyərləndirilir.

Təyyarənin hazır vəziyyətə gətirilməsi bir-iki il çəkəcək, daha sonra isə Tramp 2029-cu ildə vəzifədən getdikdən sonra onun prezident kitabxanasına təhvil veriləcək.

Xatırladaq ki, Boeing 747-8 təyyarəsi may ayında Ağ evə təqdim edilmişdi. Onun lüks interyeri səbəbilə “uçan saray” adlandırıldığı bildirilir. Tramp administrasiyası bu təyyarəni yeni Air Force One kimi istifadə etməyi planlaşdırır. Hazırda prezident donanmasında 1990-cı ildən istismarda olan iki ədəd Boeing 747-200 mövcuddur. ABŞ Hərbi Hava Qüvvələri bu təyyarələrin əvəzlənməsi üçün Boeing şirkəti ilə müqavilə imzalayıb, lakin ləngimələr səbəbilə onların təslimi 2029-cu ildən tez olmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Bu fotonun dəyəri 20 milyon dollardan çoxdur - FOTO

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Ağcabədidə AĞIR QƏZA – Ölən və yaralanan var

Məşhur futbolçu karyerasını bitirdi

Məşhur futbolçu karyerasını bitirdi

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

Bakı buxtasının UNUDULAN ATRİBUTU - Yelkənli qayıqlar nə zaman GERİ DÖNƏCƏK?

"Kasıb həmişə tələsir" – Fərda

"Kasıb həmişə tələsir" – Fərda

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Nyu-York hava limanındakı təyyarə qəzasında 40-dan çox şəxs xəsarət alıb

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

End of content

No more pages to load

RADİO