Nüvə proqramı müzakirəsində parçalanmış koordinasiya SİSTEMİ - TƏHLİL

Xəbər verdiyimiz kimi, Tehranda İran, Rusiya və Çin nümayəndələrinin İranın nüvə proqramının müzakirəsilə bağlı üçtərəfli görüşü keçirilib.

Bu barədə danışan İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmail Bəqai bildirib ki, əsas mövzu nüvə probleminin, xüsusilə də sanksiyaların qaytarılması məsələsinin müzakirəsi istiqamətində olub.

 

MÖVZU İLƏ BAĞLI :

İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar 
KEÇİRİLƏCƏK



Maraqlıdır ki, 2 gün sonra, iyulun 25-də isə İstanbulda Tehran və Böyük Britaniya, Fransa və Almaniyadan ibarət "avroüçlüyü" ölkələri arasında İran nüvə proqramı ətrafında böhranın tənzimlənməsi məsələləri üzrə danışıqların yeni raundu da baş tutmalıdır.

Görəsən, eyni mövzuda olan bu görüşlər niyə birlikdə deyil, ayrı-ayrılıqda təşkil olunur?  Belə formatlı görüşlərdən hansı nəticə hasil ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, İranın nüvə proqramı ilə bağlı diplomatik fəallığın eyni həftədə həm Tehranda, həm də İstanbulda müşahidə olunması, beynəlxalq münasibətlər sistemində parçalanmış koordinasiyanın bariz göstəricisidir:

“Tehrandakı İran-Rusiya-Çin formatı klassik anti-Qərb blokunun geosiyasi konfiqurasiyası kimi ortaya çıxır.

Bu görüş, sadəcə nüvə müzakirəsi deyil, həm də regional güc balansının yenidən tənzimlənməsi cəhdidir.
 

Çin və Rusiya üçün bu toplantı, İranla münasibətləri daha da dərinləşdirmək və Qərbin təzyiqlərinə qarşı koordinasiyalı cavablar formalaşdırmaq baxımından mühümdür”. Ekspertin fikrincə, İran isə bu format vasitəsilə həm beynəlxalq təzyiqlərə qarşı alternativ platforma qurur, həm də Qərbə “mən tək deyiləm” mesajını verir:


“Amma maraqlıdır ki, eyni məsələ üzrə iki gün sonra İstanbulda, bu dəfə Avropa üçlüyü ilə görüş təyin olunub.

Avropa üçlüyünün – Böyük Britaniya, Fransa və Almaniyanın – məqsədi isə nüvə razılaşmasını canlandırmaq və İranı geri qaytarmaqdır”.

Həmsöhbətimiz düşünür ki, mövzunun eyni, masanın isə fərqli olmasının səbəbi dünyada vahid mövqenin olmamasından qaynaqlanır:

“İran paralel formatlarla hər iki düşərgəni maraq dairəsində saxlayır və diplomatik manevr imkanlarını genişləndirir. Tehrandakı görüş İran üçün siyasi dayaq və iqtisadi nəfəsdir, İstanbul formatı isə iqtisadi sanksiyalardan qurtulmaq üçün Avropa ilə dialoqu davam etdirməyə hesablanıb.
 

Bu iki fərqli görüş formatı həm də beynəlxalq sistemdə yaranmış yeni “blokçuluq” tendensiyasını gücləndirir. Yəni artıq tərəflər təkcə maraq deyil, ideoloji və strateji yaxınlıq əsasında koordinasiya edirlər”.


Bu görüşlər nəticə doğurmaqdan çox, status-kvonu qorumağa yönəlib:

“Heç bir tərəf tam güzəştə getmək istəmir, heç biri də münasibətləri tam qoparmaq niyyətində deyil.

Nəticə etibarilə, Tehran və İstanbul görüşləri sadəcə vaxt qazanmaq vasitəsinə çevriləcək. İran özünə zaman alır, Qərb isə prosesin tam nəzarətdən çıxmamasına çalışır. Geosiyasət isə bu fonda yeni qütbləşmə xəritəsini çəkməyə davam edir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

Bitcoin Trampın İranla bağlı açıqlamalarından sonra bahalaşdı

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

İran ABŞ-ın Bəhreyndəki aviabazasında Patriot sistemini məhv edib

Bakıda 70 yaşlı kişi itkin düşdü

Bakıda 70 yaşlı kişi itkin düşdü

Trampdan İDDİA: İranda rejim dəyişib

Trampdan İDDİA: İranda rejim dəyişib

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Prezident ailəsini şantaj edən Fərid bu məşhurun nəvəsi imiş — FOTO

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

Həkəri körpüsünün fonunda şəkil çəkdirən üç erməni TUTULDU

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - FOTO

Türkiyəli prodüser Erol Köse öldü

Türkiyəli prodüser Erol Köse öldü

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

İran XİN: Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Hindistan Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 30% artırıb

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan Türkiyə vətəndaşları dəfn edildilər - VİDEO

Murad Dadaşov evindən VİDEO paylaşdı

Murad Dadaşov evindən VİDEO paylaşdı

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

80 yaşlı Seyran Səxavət: "Uşaq-muşağın əlində qalmışam" - VİDEO

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

İran HƏDƏLƏDİ - Bu ərazilər MİNALANACAQ!

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 55 % artıb

Millimiz hazırlığa başladı - FOTO

Millimiz hazırlığa başladı - FOTO

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Neft kəskin ucuzlaşır

Neft kəskin ucuzlaşır

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Nadirin paylaşımı MÜZAKİRƏ YARATDI: “Kimin nəslində belə oğlan var?” - FOTO

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

Putin azərbaycanlı alimi təltif etdi – FOTO

End of content

No more pages to load

RADİO