Rusiya ordusu Sumı və Donetskdə HƏRƏKƏTƏ KEÇDİ

Ruslar Ukrayna cəbhəsinin bəzi sahələrində, xüsusilə Sumı vilayətinin şimalında, Donetsk vilayətinin Liman şəhəri istiqamətində və Pokrovski rayonunda irəliləyiblər.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilir.

Qeyd olunur ki, geolokasiya vasitəsilə rusların Sumı vilayətinin şimalında yerləşən Voraçino yaşayış məntəqəsi ətrafında irəliləyişi təsdiqlənib.

Bununla belə, həmin yaşayış məntəqəsinin tam nəzarətə götürüldüyü barədə məlumat hələlik təsdiqlənməyib.

Məlumata görə, Liman istiqamətində də düşmən hücumlarını intensivləşdirib. Bu istiqamətdə ruslar Lıpove yaşayış məntəqəsini işğal edərək ondan cənub-qərb istiqamətində irəliləyiblər.
 

Pokrovski istiqamətdə düşmənin Zvirovo, Peşçanoye, Razino kəndləri və Pokrovsk şəhəri yaxınlığında hücum hərəkətləri qeydə alınıb. Analitiklər bildirirlər ki, Müdafiə Qüvvələri həlledici mövqeləri qorumaqda davam edir və vəziyyətə nəzarət edirlər.


ISW həmçinin Çasovıy Yar yaxınlığında və Popovıy Yar bölgəsində Rusiya qoşunlarının lokal irəliləyişləri barədə məlumat verir. Bununla yanaşı, Ukrayna bölmələri də bu istiqamətdə, xüsusən də Diliyevka yaxınlığında uğur qazanıblar.

Cənub istiqamətində, analitiklərin məlumatına görə, Rusiya qüvvələri yaxın vaxtlarda Zaporojye vilayətinin Mala Tokmaçka kəndindən şimal-şərqə doğru irəliləyiblər. Xerson vilayətində isə ruslar hücum əməliyyatları aparsalar da, irəliləyiş əldə edə bilməyiblər.
 

UNİAN-ın məlumatına görə, Rusiya ordusu döyüş təmas xəttində bir sıra yaşayış məntəqələri yaxınlığında irəliləyə bilib. Analitiklər, xüsusilə Donetsk vilayətindəki Novotoretskoye, Şevçenko, Poltavka, Volnoye Pole, Andreyevka və Popovıy Yar ətrafında rusların irəliləyişini qeydə alıblar.


Bundan əvvəl rus işğalçıları Donetsk vilayətində Kotlyarovka, Novonikolaevka, Poddubnoye, Verxnekamenskoye və Fyodorovka kəndləri yaxınlığında uğur əldə ediblər.

Bu arada, Zaporojyeda Ukrayna qoşunları Orixov şəhəri ətrafında bir neçə mövqeni bərpa edə bilib.

Bu barədə Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

"Guya nə vaxtsa hüquq mühafizə orqanı rəhbərinin qəbulunda olduğunu uydurur..." - VİDEO

"Guya nə vaxtsa hüquq mühafizə orqanı rəhbərinin qəbulunda olduğunu uydurur..." - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO