3 ildir ki, elektromobildə gecələyir - Kirayə pulu ödəməmək üçün

38 yaşlı çinli proqramçı Yin artıq demək olar ki, üç ildir ki, Pekin şəhərində kirayə mənzilə pul xərcləməmək üçün elektromobildə gecələyir. 

Bizim.Media “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, İT mütəxəssisi avtomobilin salonunu yataq və mətbəxlə təchiz olunmuş rahat mənzilə çevirib və həyatından tam razıdır, yalnız tualet tapmaq çətin olanda narahatlıq yaşayır.

Yin özü Tyançzin şəhərində həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayır.
 

O bildirir ki, proqramçılar üçün Tyançzində iş imkanları məhduddur, bu səbəbdən də həftə içi Pekində işləyir. Hər bazar ertəsi səhər saat 5:30-da yola çıxır və 130 kilometr məsafəni qət edərək paytaxta gəlir, cümə axşamı və ya cümə günü isə evə qayıdır.


Əvvəllər o, Pekində ayda 2500 yuan (təxminən 350 ABŞ dolları) ödəyərək mənzil kirayələyirdi. 2022-ci ilin ortalarında isə geniş salonlu bir elektromobil alaraq, artıq onda gecələməyə qərar verib. Avtomobilin markası göstərilməsə də, ön paneldə iki ekran və tavanda qatlanan televizor olan salonun şəkilləri, onun Lixiang brendinin ardıcıl-hibrid krossover modellərinə bənzədiyini göstərir.

Yin adətən avtomobili parkların yaxınlığında saxlayır, səhərlər gəzişir, yeməkləri elektrik plitəsində bişirir, axşamlar isə televizora baxır, karaoke oxuyur, ailəsi ilə danışır və bəzən proqram yazır.

Saat 23:00-dan gec yatmır. Yayda o, avtomobilə quraşdırdığı su çəni ilə hər gün duş qəbul edir, qışda isə həftədə bir dəfə bir gecəlik evə qatarla qayıdır (bileti 100 yuan, yəni 14 dollar).

Avtomobil yolları üçün aylıq ödəniş 400 yuan (təxminən 58 dollar), batareyanın enerji yığması isə 300 yuan (təxminən 42 dollar) təşkil edir. Onun sözlərinə görə, avtomobil kifayət qədər genişdirsə və yaxınlıqda enerji doldurma stansiyaları varsa, bu cür həyat otel şəraitindən geri qalmır.

Həftə sonları isə Yin ailəsi ilə birlikdə təbiət yürüşlərinə çıxır və həmin vaxtlar da elektromobildə gecələyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Fransa millisinin baş məşqçisinin adı AÇIQLANDI

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Bayram qonaqlığı FACİƏ ilə bitdi - TƏFƏRRÜAT - VİDEO

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Taekvondoçularımız Belçikada 5 medal qazandı

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Tramp Hörmüz boğazının tezliklə açılacağını bildirdi - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Paşinyan Basarkeçərdə boş qalan torpaqlara sahib axtarır - VİDEO

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Tramp: “Müctəba Xameneinin ölməyini istəmirəm"

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Kürdəmirdə iki avtomobil toqquşdu - FOTO

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Klinik ölümdən sonra qadın ruhları görür və ölümləri əvvəlcədən hiss edir

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Konya vilayətində sərnişin avtobusu aşdı - 15 yaralı var

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

Şvartsenegger Konan rolu üçün məşqlərə başladı

"Guya nə vaxtsa hüquq mühafizə orqanı rəhbərinin qəbulunda olduğunu uydurur..." - VİDEO

"Guya nə vaxtsa hüquq mühafizə orqanı rəhbərinin qəbulunda olduğunu uydurur..." - VİDEO

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

ABŞ Lukaşenkonu Ağ Evə dəvət edəcək?

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Orban: Siyyartonun telefonuna xarici ölkənin xidmət orqanları QULAQ ASIRMIŞ

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Peskov: “Rusiya Avropa ölkələrinə qarşı heç vaxt nalayiq ifadələr işlətməyib”

Paşinyandan Putinə TELEFON ZƏNGİ

Paşinyandan Putinə TELEFON ZƏNGİ

End of content

No more pages to load

RADİO