12 lider bir araya gəlir, nizam qurur... – Türkiyə də olacaq?

İkinci Dünya müharibəsindən sonra BMT yarandı, müxtəlif beynəlxalq hüquqi aktlar qəbul edildi, son dünya müharibəsinin sərhədlərlə, yeni yaranan siyasi-coğrafi reallıqlarla bağlı qərarları verildi və 1975-ci ildə Helsinki yekun aktı ilə tam rəsmiləşdi.

Bizim.Media xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli qeyd edib.

O bildirib ki, insanlıq tarixi daim müharibələr, yaranan və çökən imperiyalar, sərhədlərin tez-tez dəyişməsi hekayələri ilə doludur:

“Yəni sərhədlərin toxunulmazlığı anlayışı 1945-ci ildən sonra, tarixi zaman baxımından “dünən” qəbul edildi, 20-ci əsrə qədər sərhədləri güc, ordu və ittifaqlar müəyyən edirdi. BMT yaranandan sonra formal olaraq sərhədlər toxunulmaz elan edilsə də, onlarla dəfə bu qayda pozuldu, yeni ölkələr, dövlətlər yarandı, imperiyalar çökdü, müharibələr dayanmadan davam etdi.
 

Sadəcə, nüvə silahının meydana çıxması klassik müharibə anlayışını dəyişdi, “proksi” müharibələr, lokal toqquşmalar şəklində dünya müharibəsi davam etdi. Yəni 1945-ci ildən bu günə hələ də Üçüncü Dünya müharibəsi gedir, bu işin sonu görünmür.


Böyük müharibələr nə zaman baş verir? Özündən öncəki müharibənin nəticəsi böyük toplumlar üçün ədalətsizlik hissi yaradanda. Bu, həmişə belə olub. Sərhədlərin bilərəkdən ədalətsizcəsinə müəyyən edilməsi regional müharibələrə rəvac verir.

Bəs sərhədlərin ədalətli çəkilməsi, toplumları tam qane edən sərhədlərin yaranması mümkündürmü? Təəssüf ki, yox. Yaxşı, o zaman bu problemin yumşaq həlli yolu nədir? Məsələn, Avropa Birliyi modeli, sərhədlərin simvolik olması, ümumi oyun qaydaları və ümumi bazarın formalaşması...

AB modeli ideya olaraq möhtəşəm idi, Avropada, insanlıq tarixində ən çox müharibələrə və vəhşi qırğınlara səhnə olmuş qitədə sülh və ədalət hissini yüksək ölçüdə bərpa edə bildi.

Amma sonra AB yavaş-yavaş “solaxaylaşdı”, aşırı tənzimləmə, SSRİ kimi davranışlar artdı, iqtisadi azadlıqlar tənzimləmə adlı “əjdahaya” addım-addım yem edildi. Amma yenə də ciddi islahatlar aparılsa, AB modeli “sərhəd və ədalət” nisbətinin ən uyğun modelidir.

AB modelini dünyanın başqa bölgələrində tədbiqi mümkündür, amma çox çətindir. Təəssüf ki, dünyanın başqa bölgələrində AB modelinə çatmaq üçün hələ çox qırğınlar olacaq, lokal müharibələr artacaq – ya da 10-12 “ağsaqqal” ölkə, fraqmental dünyanın yeni lider dövlətləri maksimal dərəcədə ədalətli ola, ən azı, 70-80% əhalini qane edə biləcək yeni regional inteqrasiya birlikləri üzrə anlaşmalıdırlar.

Bu gün Suriyada baş verən faciə, İsrailin hüquqtanımaz davranışları, Liviyadakı xaos, İraqdakı de-fakto bir neçə hökumətin formalaşması, Yəmənin, Sudanın iki yerə bölünməsi, İrandakı siyasi rejim, bölünmüş Koreya yarmadası, həllini gözləyən Tayvan məsələsi, Latın Amerikasında ABŞ qorxusu olmasa, hamının bir-birinə müharibə etmək potensialının olması, Rusiyanın işğalçı, bütün hüquq və məntiqi çeynəməsi, silah gücü ilə yeni sərhədlər yaratması cəhdi – bütün bunlar həlli müşkül məsələlərdir.
 

Hamısı ya davam edən müharibələr coğrafiyasıdır, ya da içində güclü potensial toqquşmalar daşıyan barıt çəlləkləridir.


Afrika, Yaxın Şərq, Latin Amerikası, Asiyanın böyük bir hissəsi – bütün bu bölgələrdə sərhədlər süni yaranıb və xətkeşlə çəkilib. Hər yerdə “Sykes–Picot” izi (bu gün, məsələn, Suriyada qırğınların təməlini 1916-cı ildə bu iki şəxs öz xətkeşləri ilə qoyublar) yanaşması var. İndi iki çıxış yolu qalıb – ya Avropanın əvvəldən getdiyi yolla bu bölgələr gedəcək, onillərlə bir-birini qırıb, sərhədləri qanla yazıb, sonra yenidən anlaşıb intiqrasi modelləri quracaqlar, ya da ağıl, məntiq, insansevərlik qalib gəlsə, Avropanın qanlı yolundan dərs çıxarıb elə həmən yeni inteqrasiya modellərinə keçid edəcəklər.

Amma bu modellər AB-nin “solaxay” modellərini də örnək almamalı, işlək, iqtisadi azadlıqları öndə tutan, hamını qazandıran modellər olmalıdır.

Bunun üçün isə yeni “oyun qaydalarını” müəyyən edəcək böyük bir görüşə, toplantıya, müzakirəyə ehtiyac var. Fraqmentallaşan dünyanın 10-12 lider dövləti bir araya gəlməli, qapılar bağlanmalı, lazım gəlsə dayanmadan günlərlə müzakirələr getməli, razılaşma əldə edildikdən sonra isə bu anlaşması pozan istənilən dövlətə qarşı həmin 10-12 ölkə birgə cəza tərbirləri görəcəyini bəyan etməlidirlər. Bu ölkələr arasında mütləq Türkiyə olmalıdır, olacaq da...” (Axar.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

Hicran Hüseynova: “Qadına bərabər münasibətin təməlini islam dini qoyub”

Gürcüstanda kişi öz nənəsini girov götürdü

Gürcüstanda kişi öz nənəsini girov götürdü

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin OLUNDU

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin OLUNDU

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası QALİB GƏLDİ

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI - MADDƏLƏR

SON DƏQİQƏ! Zelenski 20 bəndlik sülh planını ictimaiyyətə AÇIQLADI - MADDƏLƏR

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Horovluda daha 19 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ - SENSASİON DETALLAR

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələr OLACAQ - SENSASİON DETALLAR

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Tokayev İlham Əliyevə ZƏNG ETDİ

Tokayev İlham Əliyevə ZƏNG ETDİ

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

Elmar Baxşıyevin yerinə bu məşqçi namizəd GÖSTƏRİLİR

"Kanal 11"in rəhbəri ilə bağlı QƏRAR VERİLDİ

"Kanal 11"in rəhbəri ilə bağlı QƏRAR VERİLDİ

Müqabil Əbdülov vəfat etdi – FOTO

Müqabil Əbdülov vəfat etdi – FOTO

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Emin Ağalarov Prezidenti belə təbrik etdi – VİDEO

Emin Ağalarov Prezidenti belə təbrik etdi – VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yanır - VİDEO

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri İlham Əliyevi TƏBRİK ETDİ

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Ucarda itlərin hücumuna məruz qalan şəxsin SON DURUMU

Çağdaş tariximizin LİDERİ

Çağdaş tariximizin LİDERİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Uşaqlar arasında yeni virus YAYILIR – Qorunma və müalicə ÜSULLARI

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Xaçmazda 8 otaqlı yaşayış evi tam yanıb - TƏFƏRRÜAT

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Hikmət Hacıyev Prezidentin doğum gününü təbrik etdi – VİDEO

Roma Papası Azərbaycana nə vaxt səfər edəcək?

Roma Papası Azərbaycana nə vaxt səfər edəcək?

End of content

No more pages to load

RADİO