Rusiya özünü dünyadan TƏCRİD edir – Ən ağır zərbə yenə miqrantlara dəyəcək

Rusiyanın kürkünə birə düşüb. Hər tərəfdən sıxışdırıldığını görən Moskva çarəni interneti kəsib özünü dünyadan təcrid etməkdə görür.  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ölkədə mobil internetin bağlanması Kiyevdən gələn təhlükə ilə bağlıdır. Onun sözlərinə görə, vətəndaşların təhlükəsizliyi prioritet məsələdir, çünki təhlükə göz qabağındadır.

Xatırladaq ki, Ukraynanın pilotsuz uçan aparatlarının hücumlarına qarşı mübarizə vasitəsi kimi mobil internetin kəsilməsi Rusiyada ilk dəfə olaraq mayın 6-da tətbiq edilib. Təhlillərin nəticələrinə əsasən, bu üsul effektiv hesab edilib və ondan daim istifadə edilməsinə dair qərarlar qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI :

Rusiyanın yeni Cənubi Qafqaz PLANI – Azərbaycan və azərbaycanlıların hədəf alınmasının GİZLİ DETALLARI


Rusiya vətəndaşları oflayn yaşamağa hələ öyrəşə bilmədiyi üçün şikayətlənir. Amma burada ən böyük zərbə yenə də miqrantlara dəyir. Onsuz da sosial və hüquqi baxımdan sıxışdırılan bu təbəqə belə vəziyyətlərdə daha da təhlükəli və təcrid olunmuş duruma düşür.

Miqrantların əksəriyyəti Rusiyada tək yaşayır, ailəsi isə doğma ölkədədir. Onlar gündəlik əlaqəni mobil internet vasitəsilə – zəng və videozənglərlə təmin edirlər.

Bundan başqa bir çox miqrant qısa müddətli və qeyri-rəsmi işlərlə dolanır. Bu işləri tapmaq və icra etmək üçün mobil tətbiqlərə ehtiyac duyulur. Rabitənin kəsilməsi işsiz qalmaq riskini artırır.

Həmçinin miqrantlar üçün qeydiyyatlar və digər hüquqi prosedurların çoxu onlayn aparılır. İnternetin olmaması sənədlərin gecikməsi və qanunsuz statusa düşmək ehtimalını artırır. Onsuz da diskriminasiya ilə üzləşən miqrant cəmiyyətlə olan-qalan əlaqəsini də belə itirir. Böyük ölkədə, bu qədər problemlərin və təhlükənin içində dərdini paylaşacaq yaxınlarına əli çatmır.


Əslində bu da bir növ sıxışdırılmadır, hətta ən ağırı – psixoloji qısnamadır.  Qorxu və ümidsizlik hissi yaşayan miqrantı daha da mütiləşdirmək niyyəti güdülür.

Rusiyanın “keçmişə dönüş”ünün pərdəarxası səbəbi nədir?

Siyasi ekspertlər bildirirlər ki, əslində Rusiya hakimiyyətinin əsas məqsədi canı boğazına yığılmış insanların bir-biri ilə əlaqə qurmasının və görüntü, məlumat yaymasının qarşısını almaqdır.

İnformasiyanın sosial şəbəkələr vasitəsilə yayılmasının məhdudlaşdırılması, aksiyaların miqyasını və təsir gücünü azaltmaq üçün təsirli vasitəyə çevrilib.

Buna görə də Rusiya hakimiyyəti informasiya axınını nəzarət altında saxlamaq üçün getdikcə daha sərt addımlar atır. Bu, informasiya blokadası əhalinin xarici mənbələrdən məlumat əldə etməsinə mane olmaq üçündür.

Bu, həm əhalinin informasiya paylaşımını məhdudlaşdırmaq, həm də elektron kəşfiyyatın qarşısını almaq məqsədi daşıyır.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

End of content

No more pages to load

RADİO