Netanyahunun "şok planı": İran 4 yerə bölünür - İDDİA

İsrailin 4 yerə bölünmüş İran layihəsi var.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV-də məqalə yayımlanıb.

Məqalədə deyilir ki, ABŞ-ın beyin mərkəzləri və Avropa Parlamentindəki bəzi simalar İranın etnik baxımdan parçalanmasını irəli sürən layihəni dəstəkləyir.
 

Vaşinqtonda yerləşən “Foundation for Defense and Democracies” (FDD) beyin mərkəzi İranın çoxmillətli quruluşunu zəif nöqtə kimi dəyərləndirib və xüsusilə də, kürd və bəluc regionlarında separatçı hərəkatları qızışdırılmasının önəmini diqqətə çatdırıb.


İsrailin planına dəstək

ABŞ-da öndə gedən “Quincy” institutunun mənbələrinə görə, Qərb İran üzrə atəşlə oynayır. İnstitutun əldə etdiyi məlumatlara görə, İsrailin Baş naziri Bünyamin Netanyahunun masasında gizli bir plan var. Planda İranın parçalanması üçün sünni, kürd və bəluc bölgələrinin təhlükəsizliyinə qarantiya verilməsi və müstəqillik üçün təşviq edilməsi öz əksini tapır.
 

Avropa parlamentində təşkil olunan “İranın gələcəyi” adlı toplantıya yalnız bu ölkənin Bəluci və Ahvaz (ərəb) bölgələrindən separatçı çıxışçıların dəvət olunması Avropa İttifaqındakı bəzi dairələrin də parçalanma senarisini ciddiyə aldığını ortaya qoyur.


Plan İran reallığından uzaqdır

Lakin kəşfiyyat ekspertləri İranın Suriya və ya keçmiş Yuqoslaviya kimi asanlıqla dağılacaq ölkə olmadığını, təqribən 90 milyon əhali, köklü tarixə sahib və milli kimliyə malik ölkə kimi dəyərləndirir.
 

“Los Anceles Times”də məqalə ilə çıxış edən İran üzrə ekspert, akademik Şervin Malikzadə İranda siyasətin min ildir ki, fasiləsiz olaraq milli kimlik şüuru əytrafında fomralaşdığını bildirib. O, Qərbin parçalanma istəyinin real olmadığını qeyd edib.


Kəşfiyyat mənbələri İsrailin hücumlarının ardından İranın şimalında separatçı meyillərin yox, “bayraq altında birləşmə” hissinin gücləndiyini bildirib. İranın ali lideri Əli Xamenei və Prezident Məsud Pezeşkianın azərbaycanlı əsilli olması və türk toplumunun dövlət mexanizminə inteqrasiya olduğunun ən mühüm göstəricisi kimi önə çəkilib.

Region üçün fəlakət

Kəşfiyyatçılar İsrailin planının reallıqdan uzaq olduğunu və İranın bölünməsinin ABŞ-ın regiondakı müttəfiqlərini də təhlükəyə atacağını ifadə ediblər. Türkiyənin İrandakı kürd separatçıları öz torpaqlarındakı PKK problemi ilə əlaqədar olaraq qətiyyən qəbul etməyəcəyi qeyd edilib.

Həmçinin Pakistan Bəluci regionunda illərdir davam edən separatçılığa görə İran Bəlucistanında baş verəcək üsyanı milli təhlükəsizliyinə təhdid kimi görür.

Hindistan həmçinin İrandakı qeyri-stabilliyin Çabhar limanı üzərindən Əfqanıstan və Mərkəzi Asiya ilə kommunikasiyanı təhlükəyə atacağını düşünür. Ekspertlərə görə, İranı bölmə cəhdləri Rusiya və Çini daha sıx anti-Qərb ittifaqına məcbur edəcək.

Avropanı gözləyən risk

Ekspertlər onu da vurğulayıb ki, İranın bölünməsi Suriyadakından daha böyük qaçqın dalğası yarada bilər. Bu da Avropanı yeni bir immiqrasiya krizisi ilə üz-üzə qoyacaq. Ekspertlər həmçinin vurğulayırlar ki, bu, həm də Hörmüz boğazında kirizisə səbəb olacaq və İran neftini dünyaya daşıyan rotasiyalar bağlanacaq. Beləliklə də Avropa iqtisadiyyatı ağır zərbə alacaq.  (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

Kolumbiyada hərbi təyyarə qəzaya uğradı: Göyərtədə 110 hərbçi olub - VİDEO

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

"Tamaşaçılar bizim zövqümüzü korlayır"

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

Bu qəsəbənin əhalisi bayramda 10 dəfə artdı - FOTO

"Sevilya" baş məşqçisini qovdu

"Sevilya" baş məşqçisini qovdu

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Yüksək vəzifəli iranlı məmur: ABŞ şənbə günü Qalibafla görüş istəyib

Bu futbolçu “Neftçi”dən gedə bilər

Bu futbolçu “Neftçi”dən gedə bilər

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Borca görə ana və oğlu döyüldü, maşının şüşəsi sındırıldı - FOTO

Osimhen əməliyyat olundu

Osimhen əməliyyat olundu

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

İran qarşıdakı günlərdə ABŞ və İsrailə yeni sürpriz HAZIRLAYIB?

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

Şəmkirdə eyni vaxtda 2 qəza: 4 yaralı var

End of content

No more pages to load

RADİO