Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR: Şengen vizası sadələşdiriləcək

Avropa Komissiyası Türkiyə vətəndaşları üçün Şengen vizasının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı yeni sənəd hazırlayaraq üzv ölkələrə göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Qeyd edilib ki, buna dair sənəddə xüsusilə daha əvvəl viza almış, səfərlərini qaydalara uyğun şəkildə etmiş və Türkiyəyə geri dönmüş, yəni miqrasiya və təhlükəsizlik riski yaratmayan vətəndaşlara ikinci müraciətlərindən başlayaraq əvvəl 6 ayadək, sonra 1 il, ardınca 2 il, daha sonra isə 3 və 5 il müddətində çoxgirişli və uzunmüddətli vizaların verilməsi imkanı tətbiq olunacaq.

Nazir Bolat bu mərhələdən sonra artıq Şengen zonasına daxil olan 25 ölkənin səfirlik və konsulluqlarının hansısa bir bəhanəsinin qalmadığını da əlavə edib. Belə ki, son illər Türkiyə vətəndaşları Şengen vizasının alınmasında uzun növbələr və ya viza müraciətlərinin rədd edilməsi kimi mənfi hallarla qarşılaşıblar.
 

O, bu problemləri Aİ çərçivəsində bütün platformalarda və üzv ölkələrlə ikitərəfli görüşlərdə daim gündəmə gətirdiklərini bildirib. Nazir 2023-cü ildən etibarən bununla bağlı fəaliyyətlərinin daha da intensivləşdiyini vurğulayıb.


Ömər Bolat bu prosesdən sonra ilk dəfə viza müraciəti edəcək şəxslər üçün də müvafiq addımların atılacağını, tələblərin irəli sürüləcəyini bildirərək, bu çərçivədə Türkiyə ilə Aİ arasında müsbət dialoqun davam edəcəyinə inamını ifadə edib.

“Gömrük Birliyinin genişləndirilməsi gözləyirik. Bu mövzuda Aİ Komissiyası artıq tövsiyə qərarını qəbul edib. Məsələ hazırda Aİ Nazirlər Şurasındadır. Oradan təsdiq verildiyi andan etibarən biz danışıqlara başlamağa hazırıq. Aİ Komissiyası da hazırdır”, - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

End of content

No more pages to load

RADİO