Paşinyan Rusiyanı yenidən qıcıqlandırdı - KTMT ilə vidalaşma yaxınlaşır?

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalının bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksək olduğunu bildirib:

"Ermənistanın KTMT-dən çıxması ehtimalı münasibətləri bərpa etməsindən daha yüksəkdir".

Qeyd edək ki, artıq bir neçə ildir ki, İrəvan KTMT-nin tədbirlərində iştirak etmir. Əksinə, son illər Ermənistan ABŞ və Fransa kimi Qərb ölkələrilə hərbi əməkdaşlığı artırıb. Bu ölkələrlə bir neçə dəfə birgə hərbi təlimlərdə iştirak edib. Bu isə aydın məsələdir ki, Rusiyanı qıcıqlandırır.

Onu da xatırladaq ki, son aylar Paşinyanın kilsəyə, “5-ci kolon” nümayəndələrinə qarşı mübarizəsi də intensiv xarakter almağa başlayıb.

Belə bir vəziyyətdə Paşinyan yenidən Rusiyanı qıcıqlandıran açıqlama ilə gündəmə gəlir.

Paşinyanın KTMT ilə bağlı bu qəti açıqlaması görəsən Rusiyanı Ermənistana qarşı nəhayət daha kəskin addımlar atmağa sövq edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, məcbur edilməyəcəyinə qədər İrəvan yenidən KTMT-yə qayıtmayacaq:

“Ermənistan baş naziri Brüssel və Fransaya səfərlərindən sonra mətbuat konfransı keçirərək, bir sıra məsələlərə aydınlıq gətirmək qərarına gəlib. Bu da səbəbsiz deyil.

Paşinyan planlı və ardıcıl addımlar atmağa çalışır.

İrəvan onsuz da KTMT-də iştirakını dondurub. Rusiya rəsmi dairələrinə də bəllidir ki, məcbur edilməyəcəyinə qədər İrəvan yenidən bu təşkilata qayıtmayacaq”.

Deputat qeyd edir ki, Paşinyan verdiyi açıqlama da əslində bu istiqamətdə növbəti addım üçün nəbz yoxlaması idi:

“Bununla o, ilk növbədə açıqlamaya Rusiya rəsmilərinin reaksiyasını öyrənməyə çalışırdı. Bu ifadəni səsləndirməyə Paşinyanı motivasiya edən də onun Qərbdəki dostlarıdır.
 

Bəlli oldu ki, Ermənistanı yenidən özünə cəlb etməsi üçün hələ də Rusiyanın əlində real iqtisadi alət, hərbi-siyasi güc yoxdur. Mümkün yol birbaşa hərbi müdaxilədir ki, Rusiyanın indiki şəraitdə birbaşa hərbi müdaxiləyə gedəcəyini zənn etmirəm. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasını gücləndirmək də fikrimcə, İrəvanı KTMT-yə qaytarmaq üçün kifayət qədər təsirli real alət deyil”.


Həmsöhbətimizin fikrincə, Paşinyan 2026-cı il seçkilərini qazansa KTMT ilə bağlı məsələdə növbəti addımlarını atacaq:

“2026-cı il həlledici il olacaq.

Yəni bundan sonra İrəvanın KTMT-də qalıb-qalmayacağı daha çox xarici faktorların Ermənistandakı seçkilərə təsirindən sonra aydın olacaq”. 

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Tramp İrana beş gün VAXT VERDİ

Tramp İrana beş gün VAXT VERDİ

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olundu

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Braziliyadan Bakıya TELEFON ZƏNGİ

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

Bakının girişində uzun tıxac yarandı - AMBAAN VİDEO

End of content

No more pages to load

RADİO