"TRT Kurdi"dən Güney Azərbaycan türklərinə böyük hörmətsizlik: “Dərhal üzr istəyin!” - FOTO

Türkiyənin tanınmış elm adamı, Gazi Universitetinin professoru Aygün Attar “TRT Kurdi”nin Güney Azərbaycan türklərinə qarşı sərgilədiyi açıq hörmətsizliyə sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, TRT Kurdinin yayımladığı xəritədə İranın şimal-qərbində yerləşən və milyonlarla azərbaycanlı türkünün yaşadığı Güney Azərbaycan ərazisi “Kürdüstan” kimi təqdim olunub.

Bu təxribat xarakterli addım həm Güney Azərbaycanda, həm də bütün Türk dünyasında ciddi narazılığa səbəb olub.

Bu azmış kimi, TRT Kurdi Urmiyəni kürd məskəni kimi göstərən qondarma kürd mahnısı da yayınlayıb. Dünən gün ərzində Güney Azərbaycandan olan soydaşlarımız Musavat.com -un redaksiyasına bu hadisəyə etirazlar göndəriblər. Güney Azərbaycana aid Telegram kanalları da mövzuya aid çoxsaylı etiraz məlumat, bəyanat və videoları yayıblar.

Professor Aygün Attar şəxsi X hesabında (keçmiş Twitter) mövzu ilə bağlı bu sərt ifadələri işlədib:

“İranın Güney Azərbaycan bölgəsində İran rəsmi qaynaqları tərəfindən yayımlanan xəritədə Qərbi Azərbaycan əyalətinin mərkəzi kimi tanınan Urmiyə şəhərinin Türkiyənin dövlət kanalı TRT-də kürd şəhəri kimi təqdim olunması ya cahillikdir, ya da proqram məsuliyyətçilərinin xəyanətidir!

Kürd seviciliyi həddi aşmırmı?

Bununla da kifayətlənməyərək, bir də sərhəddən kənarda, həm də Türkiyə sərhədinə təxminən 50 km məsafədə yerləşən, eyni zamanda İraq sərhədinə çox yaxın olan, tarix boyunca Azərbaycan türklərinin ən sıx yaşadığı, son dərəcə strateji bölgəni kürd şəhəri kimi təqdim etməkdə məqsəd nədir?

Heç olmasa Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam Ensiklopediyasını oxusaydınız…

‘Başda İstahrî olmaqla İslam coğrafiyaşünasları X-XIII əsrlərdə havasını, suyunu və meyvələrini təriflədikləri Urmiyəni (Rûmiye/Urûmiye) Ərdəbil və Mərəğa şəhərlərindən sonra Azərbaycanın üçüncü böyük şəhəri kimi təsvir etmişlər.’”
 

“TRT dövlət büdcəsindən, Türk millətinin vergiləri hesabına maliyyələşir. Ona görə də Türk kimliyinə qarşı bu cür açıq hörmətsizlik qəbuledilməzdir. TRT Kürdi dərhal Güney Azərbaycan türklərindən üzr istəməli və bu xəritəni düzəltməlidir.”


O əlavə edib ki, bu məsələ təkcə “bir xəritə səhvi” deyil, milyonlarla Güney Azərbaycan türkünün tarixini, kimliyini silmək cəhdidir.

Sosial şəbəkələrdə minlərlə insan Professor Attarın mövqeyini dəstəkləyərək, TRT Kurdinin məsuliyyətə cəlb olunmasını və rəsmi üzr istəməsini tələb edir. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO