Serbiya inqilab təhlükəsi ilə ÜZ-ÜZƏ

Avropanı bürümüş anomal istilər fonunda Serbiyada da ən yüksək siyasi temperatur qeydə alınır. Ölkə inqilab təhlükəsini yaşayır. Belqrad özünü təkcə iqlim böhranının deyil, həm də kəskin daxili siyasi böhranın episentrində tapıb. Ölkədə siyasi vəziyyət gərginləşmə mərhələsinə qədəm qoyub: müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir, hakimiyyət isə etirazları hibrid müdaxilə elementi və xarici ssenari üzrə Serbiyada növbəti "rəngli inqilab"a başlamaq cəhdi kimi şərh edir.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Novi Sad faciəsi ilə başlayan proseslər

Səkkiz aya yaxındır ki, ölkəni etiraz aksiyaları bürüyüb və narazı təbəqə prosesə ad da tapıb - "konteyner inqilabı". Bu ad ötən il noyabrın əvvəlində Novi Sad vağzalının damının bir hissəsinin uçmasından sonra gündəmə gəlib. Hadisə nəticəsində 16 nəfərin ölümündən sonra ölkədə tələbə etirazları başlayıb. Aksiya iştirakçıları xüsusilə son günlər magistral yolları bağlamaq üçün zibil qablarından istifadə edirlər. Serb tələbələr vətəndaşları "ümumi blokadaya" çağırırlar. Bu çağırış polisin hər yerdə qurulan barrikadaları sökmək üçün sərt hərəkətlərinə və etirazçıların həbsinə cavab olaraq edilib.

Təsadüfən seçilməyən tarix

Lakin diqqətlə baxanda asanca görmək olur ki, məsələnin kökü heç də baş verən qəza ilə bağlı deyil. Artıq neçə müddətdir ki, Serbiya hakimiyyəti Qərbin təzyiqləri qarşısında müstəqil xarici siyasət yürüdür. Rusiya da daxil olmaqla, bütün ölkələrlə normal münasibətlər qurmağa çalışır. Bu səbəbdən Qərbin müxtəlif strukturları tələbə-gənclər arasında təbliğatı gücləndirir, onları hakimiyyətə qarşı qalxmağa çağırırlar. Bir maraqlı nüans da var. Belə ki, etiraz kampaniyasının başlanğıc nöqtəsi kimi 28 iyun tarixi seçilib. Bu da təsadüfi deyil və güclü simvolik yük daşıyır. Məhz 1389-cu ilin bu günü serb döyüşçüsü Miloş Obiliç Kosovo çölündə Osmanlı sultanı Muradın ölümünə səbəb olub. 525 il sonra, 1914-cü il iyunun 28-də serb millətçisi Qavrilo Prinsip Sarayevoda Avstriya-Macarıstan krallığının vəliəhdi Frans Ferdinand və onun həyat yoldaşına qarşı siyasi sui-qəsd törədib və bundan sonra Birinci Dünya Müharibəsinə səbəb olan hadisələr silsiləsi başlayıb.

Məşhurların tələbələrə dəstəyi artır

Bəs etirazçılar nə istəyirlər? Onların fikrincə, qəza hakimiyyətin səhlənkarlığı və korrupsiya ucbatından baş verib. İddia edirlər ki, faciədən səkkiz aya yaxın vaxt keçsə də, ortada günahkarların cəzalandırılması ilə bağlı real nəticə yoxdur. Son zamanlar faciəyə görə məsuliyyət daşıyanların cinayət və siyasi məsuliyyət tələbi daha da böyüyərək, ölkədə növbədənkənar seçkilər və hakimiyyət dəyişikliyi çağırışına çevrilib.

Serbiyanın vəliəhd şahzadəsi Filip Karadjordjevic ictimaiyyətə açıq məktubla müraciət edərək xəbərdarlıq edib: "Heç kəs öz inanclarını dinc yolla müdafiə etdiyinə görə hücuma məruz qalmamalıdır".

Serb tennis ulduzu Novak Cokovic isə Uimbldondakı qələbəsini etirazçı serb tələbələrin ənənəvi jesti ilə qeyd edib və bununla da onların mübarizəsinə dəstəyini açıq şəkildə nümayiş etdirib.

"Blokada hərəkatı"nın iştirakçılarının sayı sürətlə artdığından, polisin onun öhdəsindən gəlməsi getdikcə çətinləşir.

Prezident geri çəkilmək fikrində deyil

Serbiya hakimiyyəti etirazlara sərt cavab verməkdən əl çəkməyəcək kimi görünür. Daha əvvəl blokadaları "terror fəaliyyəti" adlandıran Prezident Aleksandar Vuçiç öz mövqeyini bir daha təkrarlayıb. "Biz heç bir həyati əhəmiyyətli obyektin bloklanmasına imkan verməyəcəyik. Hamınızı həbs edəcəyik, sizin zorakılığınızdan doymuşuq", - deyə prezident tələbələri hədələyib. Üstəlik, o, yanvar ayında tələbə etirazçılara xəsarəti yetirməkdə ittiham olunanları nümayişkaranə şəkildə əfv edib. Bu, ovaxtkı Baş nazir Miloş Vuçeviçi istefaya məcbur edib.

Ekspertlərin fikirləri haçalanır

Prezidentyönlü Serb Tərəqqi Partiyasının lideri olan keçmiş Baş nazir Miloş Vuçeviç də əmindir ki, "konteyner inqilabı" və blokadalar heç bir nəticə verməyəcək.

Bununla belə, bir çox serb ekspert prezidentin və keçmiş baş nazirin nikbinliyini bölüşmürlər. Belqradlı politoloq və tarixçi Draqan Popoviç deyir: "Hakimiyyət repressiyaları gücləndirir. Onlar praktiki olaraq odun üstünə yağ tökərək, xaos yaradırlar".

Öz növbəsində Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RIAC) proqram meneceri Milan Lazoviç hesab edir ki, hazırda hakimiyyətin süqutu və ya Vuçiçin növbədənkənar seçkilər keçirmək, parlamenti buraxmaq üçün güzəştə getməsi üçün heç bir aşkar ilkin şərtlər yoxdur. Onun fikrincə, hakimiyyət son vaxtlar mövqelərini bir qədər də gücləndirib və etirazlar yavaş-yavaş azalmağa başlayıb: "Amma mən demirəm ki, onlar tamamilə dayanacaqlar və hər şey boşa çıxacaq. Əksinə, mənə elə gəlir ki, kifayət qədər uzun müddət davam edəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sumqayıtda yaşayanların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO