Zelenskinin tərcüməçisi Rusiya casusu çıxdı

Avropa Komissiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin tərcüməçiliyini etmiş şəxsi akkreditasiyadan məhrum edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

Tərcüməçinin akkreditasiyadan məhrum edilməsinə səbəb onun Zelenskinin də iştirak etdiyi danışıqlarda qeydlər aparması olub. 

Sözügedən hadisə 2024-cü il dekabrın 19-da Avropa İttifaqı liderləri ilə Zelenski arasında keçirilən qapalı görüş zamanı baş verib. Danışıqlar zamanı çexiyalı tərcüməçilər fransızcadan ukraynacaya tərcümə edən həmkarlarının görüşün məzmununu qeydə aldığını müşahidə ediblər. Qapalı görüşlər zamanı isə tərcüməçilərin qeydlər aparması qəti qadağandır. Hadisə dərhal təhlükəsizlik xidmətinə bildirilib, tərcüməçi zaldan çıxarılıb və onun qeydləri müsadirə edilib.

Avropa Komissiyası hadisəni təsdiqləyib və daxili araşdırma aparıldığını, nəticələrin Belçika hakimiyyətinə təqdim edildiyini bildirib. 
 

Tərcüməçinin adı açıqlanmasa da, “Le Monde”nin məlumatına görə, o, rus ailəsində doğulub və bacısı da tərcüməçidir. Onlar bir müddət Ukraynada yaşayıblar və son 20 ildə NATO, Avropa Komissiyası, eləcə də Fransa Müdafiə və Xarici İşlər nazirlikləri üçün müstəqil tərcüməçi kimi çalışıblar.


Məlumata görə, həm Parisdəki, həm də Brüsseldəki Ukrayna səfirlikləri son illər Zelenskinin səfərləri zamanı bu tərcüməçinin xidmətindən imtina ediblər. Ukraynalı diplomatlardan biri iddia edir ki, sözügedən tərcüməçinin rusiyalı məmurlarla əlaqələri var.

Baş verənlərə baxmayaraq, tərcüməçi NATO, Fransanın Aİ-dəki daimi nümayəndəliyi və Fransa nazirliklərinin tərcüməçiləri siyahısında qalmağa davam edir. 

Fransa rəsmiləri isə sözügedən qalmaqalla bağlı açıqlamada hadisənin sadəcə anlaşılmazlıq olduğunu bildiriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

Doğuş faciəvi şəkildə ölən prodüserdən DANIŞDI: “Məni də məyus edib, amma…” - VİDEO

End of content

No more pages to load

RADİO