Rusiya 100 minlik qoşun TOPLADI - Böyük hücum BAŞLAYIR

Rusiya işğalçıları yay hücum kampaniyası çərçivəsində əsas qüvvələrini Pokrovski istiqamətinin şərq hissəsində cəmləşdiriblər və burada Konstantinovka şəhərinə doğru irəliləməyə çalışırlar. Bu qrupun tərkibində 100 mindən çox hərbi qulluqçu var.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "Xortıtsya" əməliyyat-strateji qoşun qruplaşmasının nümayəndəsi Viktor Trequbov "Suspilne" telekanalının efirində məlumat verib.

Onun sözlərinə görə, cəbhədə iki əsas istiqamət önə çıxır – Pokrovski (xüsusilə Konstantinovkaya doğru şərq hissəsi) və Novopavlovski (Rusiya qoşunlarının Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmaq cəhdi). Hər iki istiqamətdə vəziyyət olduqca gərgindir.

Trequbov əlavə edib ki, Liman istiqamətində müəyyən fəallaşma müşahidə olunsa da, "Xortıtsya"nın məsuliyyət zonasında olan digər istiqamətlərdə toqquşmaların sayı xeyli azalıb:

"Aydın görünür ki, ruslar əsas diqqəti Novopavlovsk və Pokrovski istiqamətlərinə yönəldiblər və ən fəal döyüşlər hazırda orada gedir."

Onun sözlərinə görə, Novopavlovsk istiqamətində ruslar tez-tez yalan məlumat yayırlar. Məsələn, guya Dnepropetrovsk vilayətinə daxil olduqlarını bildirirlər. Lakin Trequbov qeyd edib ki, Dnepropetrovsk vilayətinin Dacnoye yaşayış məntəqəsi tamamilə Ukrayna Müdafiə Qüvvələrinin nəzarətindədir.

O vurğulayıb ki, Novopavlovsk istiqamətində düşmən inzibati sərhəd boyu bütün yaşayış məntəqələrinə maksimum təzyiq göstərməyə çalışır.

"Pokrovski istiqaməti barədə danışsaq, orada vəziyyət həqiqətən çətindir. Bütün səylər rusların şimal istiqamətində daha da irəliləməsinin qarşısını almağa yönəldilib."

Trequbov əlavə edib ki, Toretsk və Çasov Yar rayonlarında döyüş toqquşmalarının sayı azalıb. Rusiya orada irəliləməyə cəhd göstərsə də, əvvəlki dövrlərlə müqayisədə bu cəhdlər xeyli zəifləyib:

"Ruslar Pokrovski istiqamətinə üstünlük veriblər. Toretsk və Çasov Yar əvvəlcə Konstantinovkaya çıxmaq üçün onların cəhdləri idi. Bu cəhdlər uğursuz oldu. İndi Konstantinovkaya üçüncü cəhdlərini Pokrovski istiqamətindən həyata keçirirlər. Bütün diqqətlərini oraya yönəldiblər. Məncə, artıq Toretsk və Çasov Yardan ümidlərini üzmüş kimidirlər və ola bilər ki, digər istiqamətdən nəticə əldə etməyə çalışırlar."

Onun sözlərinə görə, bu bölgədə 100 minlik işğalçı qruplaşma yerləşdirilib və bu, Rusiyanın yay hücum planının əsas hissəsidir. Ukrayna Müdafiə Qüvvələri bu istiqamətdə düşməni saxlamaq üçün bütün gücünü səfərbər edir.

“The New York Times” nəşrinin məlumatına görə, Ukrayna qoşunları Donetsk vilayətindəki Konstantinovkanı çətin şəraitdə müdafiə edir. Şəhər Rusiyanın yay hücum istiqamətində yerləşdiyi üçün onun müdafiəsi strateji əhəmiyyət daşıyır. Rusiya qüvvələri Ukrayna hərbçilərinin ətrafında 16 kilometrlik döyüş zonasını formalaşdıraraq, onları şərqdən, cənubdan və qərbdən qismən mühasirəyə alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

End of content

No more pages to load

RADİO